Yazıçımız Fransadan təltif alıb

 

 

Azərbaycan yazıçısı Varis Yolçuyevin beynəlxalq miqyaslı uğurları davam etməkdədir.

Bu dəfə yazıçımız Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na layiq görülüb. Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnier yazıçımızın əsərini “İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi” adlandırıb.

Xatırladaq ki, “L`Autographe” dünya yazarlarının seçmə nəsr nümunələrindən ibarət illik ədəbi almanaxdır. Almanax nəsr əsərini təqdim etməklə yanaşı, yazıçının xəttini də avtoqraf kimi oxucularına nümayiş etdirir. Onu da qeyd edək ki, Azərbaycanda ilk dəfə milli dedektiv janrında ədəbi əsərlər müəllifi kimi tanınan yazıçı Varis Yolçuyevin əsərləri  bir neçə ölkənin universitetlərinin dərslik kitablarına salınıb. Bununla yanaşı, müəllif “Altun” Nəşrlər Evinin dəstəyi ilə milli dedektiv janrının inkişafı istiqamətində bir sıra layihələri gerçəkləşdirmişdir. Onun əsərləri demək olar ki, hər il dünyanın bir sıra ölkələrində keçirilən kitab sərgilərinin bəzəyidir.

 

Xudaferin.eu
Fransa, “Paris Bürosu”  

 

09:33