Vyana səhnəsində Azərbaycan ruhu

 
Vyana Musiqi Akademiyasının tələbəsi Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib

 

Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə Vyana şəhərində “Altes Rathaus” mədəniyyət mərkəzində Vyana Musiqi Akademiyasının tələbələrinin konserti keçirilib. Öncə musiqişünas Fərəh Tahirova konsertin əhəmiyyətindən, ifaçılardan və ifa olunacaq əsərlərdən bəhs edib. Sonra akademiyanın rəhbəri, dünya şöhrətli dirijor Boris Perrenoud səhnəyə çıxıb və tələbələrini, xüsusilə də azərbaycanlı pianoçu, bu təhsil ocağının tələbəsi Abuzər Manafzadəni tamaşaçılara təqdim edib, onların istedad və bacarıqlarını yüksək qiymətləndirib.

Konsertdə azərbaycanlı pianoçu Abuzər Manafzadə pianoda Lüdviq van Bethoven, Fridrix Şopen və Sergey Raxmaninovun əsərlərini ifa edib. Digər tələbələr tərəfindən bəstəkarlar - Qeorq Fridrix Hendel, Devid Popper, Yohann Sebastian Bax, Frans Şubert, Françesko Rossi, Cakomo Miluççio və Karl Mariya fon Veberin əsərləri səsləndirilib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:19