Violonçel ifaçısı Camal Əliyev “BBC Radio 3”də çıxış edəcək

 

 

Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyunun 15-də “BBC Radio 3”ün canlı yayımlanan “In Tune” proqramında çıxış edəcək.

 

Bu barədə məlumat musiqiçinin və “BBC Radio 3”ün saytlarında yer alıb. Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək. Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.

Xudaferin.eu
“Avropa Bürosu”

09:22