Türkiyə Suriya və İraqla sınır boyu 330 km-lik beton divar çəkib

Türkiyə Suriya və İraqla sərhəddə 330 kilometr uzunluğunda beton hasar çəkilməsini başa çatdırıb. Ölkənin cənub sərhədlərində, həmçinin 191 kilometrlik tikanlı məftillər çəkilib. Türkiyənin Baş Qərargahı açıqlama yayıb. Məlumatda bildirilir ki, görülən müvafiq tədbirlər ötən il dövlət sərhədini qanunsuz keçməyə göstərilən 57 min cəhdin qarşısının alınmasına və 424 mindən çox insanın saxlanmasına kömək edib.

Türkiyə Silahlı Qüvvələri ötən il avqust ayının 24-dən “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə “Fərat qalxanı” adlı əməliyyat həyata keçirir. Əməliyyatın məqsədi Suriya ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır. Hazırda birləşmiş qüvvələr İŞİD terror qruplaşmasının yaraqlılarını Əl-Bab şəhərindən vurub çıxarmağa cəhd göstərirlər.

Xudaferin.eu

11:53