Türkiyə İŞİD-i təkbaşına məhv etməyə hazırlaşır

Türkiyə təkbaşına Suriyada İŞİD terror qruplaşmasını məhv edə bilər.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan edib.

Çavuşoğlunun sözlərinə görə, bununla belə Ankara digər ölkələrlə - İran və Rusiya, həmçinin koalisiya partnyorları ilə tərəfdaşlıq etməyə hazırdır.

Nazirin bildirib ki, Türkiyə və ABŞ amerikalı hərbçilərinin Suriya ərazisindən çıxarılmasına qədər Manbic üzrə yol xəritəsini razılaşdırıblar.

Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya dəvət edib. Dövlət başçıları telefon söhbəti zamanı kürd qruplaşmalrının fəaliyyətini müzakirə ediblər.

Xudaferin.eu

16:03