Türk Dünyasının Böyük oğlu Ənvər Börüsoya sahib çıxaqın

Hörmətli Mehriban Xanım!

Yazıb Sizə bildiririəm ki, Azərbaycan mətbuatında Ənvər Yusifoğlu və Ənvər Börüsoy imzası ilə 33 ildir jurnalist kimi fəaliyyət göstərən Ənvər Yisif oğlu Məmmədovu 1982-ci ildən Mirzağa Əliyev adına Dövlət İnstitutunda təhsil aldığımız illərdən tanıyıram. O, uzun illərdir Azərbaycan həqiqətlərini və Qarabağ problemi ilə bağlı Saxa (Yakutiya), Tatarstan, Başkortstan, Dağıstan, Çeçenistan, Altay, Tuva, Xakasiya, Qaraçay-Balkar, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızstandakı   KİV-lərdə məqalələri ilə müntəzəm çıxış edib. Ənvər Börüsoy şəxsən sədri olduğum təşkilatın xətti ilə “I Qarabağ Mühaqribəsi” dönəmində Polşa və Litvadakı yerli tatar icması, eləcə “occupation” hərəkatının polyak və litavlı gərəfdarları ilə birlikdə Azərbaycana dəstək olaraq keçirilən bütün aksiyalarda fəal şəkildə iştirak edibdir. 

Azərbaycanın milli mətbuatında “Xudafərin jurnali“ “Gənclik” (jurnal), “Aydınlıq”, “Səs”, “Kimlik”, “Türkün səsi”, “Avrasiya”, “Gündəlik Azərbaycan”, “Türküstan”, “Ayna”, “Təzadlar”, “Yeni sözçü”, “Hürriyyət” və sair qəzetlərlə işləyib. Ənvər Börüsoy bütün yazılarında Azərbaycan dövlətçiliyinin milli maraqlarını üstün səviyyəyə qaldırmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.  

 

O, son iki ildə ağ ciyərində və bronxlarındakı bədxassəli şişə görə müalicə olunur.  Bu məqsədlə 2019-cu ilin sonu və 2020-ci ilin fevral ayına kimi Təbrizdə məşhur onkoloq həkimlərdən müalicə alıb. “Covid-19” virusunun ucbatından müalicəsini  dayandırmış və Bakıda “Milli Onkologiya Mərkəzi”ndə davam etdirir. Burada xəstəliyi ilə bağlı qeydiyyata alınıbdır. Müalicəsini davam etdirmək üçün artıq heç bir maddi imkanı qalmamışdır.

Hörmətli Mehriban Xanım!

Biz çox yaxşı bilirik ki, Sizin rəhbərlik etdiyiniz “Heydər Əliyev Fondu” daim humanitar məqsədli işlər həyata keçirib. Bu humanist işlər şəffaf olmaqla yanaşı, beynəlxalq miqyasda yüksək səviyyədə təqdir olunubdur. Sizin rəhbərliyiniz altında  on minlərlə insanlara qayğı göstərməklə onların yenidən həyata dönmələrinə nail olmusunuz. Bu qədər şəfqətli və humanist yanaşım milli tariximizdə ilk dəfədir ki, rast gəlinir. Bizlər demək olar ki, “Heydər Əliyev Fondu” nun bu yüksək amala xidmət edən bütün layihələrini dəstəkləmişik. Çünki, fondun üzərində Azərbaycan adlı ölkənin adı qızıl xətlə keçir. Sizdən xahişimiz odur ki, qələminə hər zaman sadiq olan Ənvər Yusif oğlu Məmmədovun müalisəcinə dəstək olaraq rəhbəri olduğunuz Fondun imkanları çərçivəsində ona kömək edəsiniz. 

Dərin hörmət və ehtiramla: Elman Mustafazadə,

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri  
''Xudaferin'' jurnalının baş redaktoru
 

00:06