Tərbizli əkiz qardaşlar Bəhram və Bəhmən yenə güneyliləri sevindirdilər

 

Güney Azərbaycanın başkəndi Tərbizdə Türk dilində çəkdikləri filmləri ilə çox böyük şöhrət qazanan Bəhram və Bəhmən Ərk əkiz qardaşları bu dəfə Braziliya və İzmir (Türkiyə) festivallarının birincilik ödüllərini qazanıblar.

Ərk qardaşlarının birlikdə çəkdikləri “Heyvan” filmi ilə Braziliyada keçirilən 27-ci Uluslararası «Curta cinema» Film Festivalında “ən yaxşı rejissor işi” üzrə festivalın ödülünü qazanıblar. Festival noyabrın 1-dən 8-dək Braziliyanın Rio de Janeiro şəhərində keçirilib. Elə həmin gün “18-ci İzmir Uluslararası Film Festivalı”nın ən yaxşı film mükafatı da “Heyvan” filminə verilib. Beləliklə də bu film bir gündə iki uluslararası  festivalda baş ödülünü qazanıblar.

Bundan öncə Ərk qardaşlarının (Bəhmən və Bəhram) “Heyvan” filmi Kann Film Festivalının Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüb. “Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı “Soyuq” filmini çəkiblər. Tərbizdə çəkilmiş "Soyuq" filmi Tehranda keçirilən uluslararası “Uşaq Filmləri Festivalı”nda “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa həm də “Münsiflər Heyətinin Xüsusi mükafatı”nı alıb.

 

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

 

10:34