Tərbizin simvolu olan “Ərk Qalası”nın tamamilə məhv edilməsinə etirazlar artmağa başlayıb

 

Güney Azərbaycanın və onun başkəndi Tərbizin milli simvolu olan “Ərk Qalası” ötən ildən üzü bu yana İran mollakratiya rejiminin məqsədli şəkildə apardığı dərin siyasətin sonucu kimi bu tarixi abidənin tədrici yolla məhv edilməsinə dair ortaya çıxan narahatlıqlar, qalanın cənubi istinad divarının gecə saatlarında ağır tikinti maşınları vasitəsilə götürülməsdən sonra problemlər daha da artıb.

Tarixdə İran adlı yaylada Türk dövlətçiliyinin ən şanlı izlərindən biri kimi hesab olunan “Elxanlılar” imperiyasının dönəmindən maddi-mədəniyyət irsi kimi miras qalmış Ərk Qalası Tərbiz və ümumiyyətlə Güney Azərbaycanının simvollarından biri sayılır.
Güney Azərbaycan Milli Hərəkatının fəalları ötən ildən bəri Ərk Qalasının ətrafında onun zədə alması və tədrici yolla məhvinə yol aça biləcək tikinti işlərini dayandırmaq üçün etiraz kampaniyaları təşkil etməkdədirlər.

Ərk Qalasının cənubi istinad divarının bir neçə gecə öncə götürülməsinə dair görüntülərin yayılması milli fəallar və şəhərin ictimai xadimlərini təkrar hərəkətə keçirib. Beləliklə də əhalinin təpkilərinin artması ardından Güney Azərbaycan turizm təşkilatının sədri Murtaza Abdar mətbuata açıqlama verib. O bildirib ki, bu tarixi abidəni məhv etmək siyasəti tamamilə yalnış addımdır.
O da bəllidir ki, Ərk Qalasının düz yanında yeni bir məscidin inşa edilməsi bəhanəsi ilə mollakratiya rejimi bu tarixi abidəni din pərdəsi altında tamamilə yox etmək planını da cızıb. Halbuki, farslara məxsus Şiraz, İsfəhan, Mazəndaran və digər bölgələrdə istər ən qədim, istərsə də ortaçağ memarlıq abidələri “İranın milli ruhu” adı altında külli miqdarda dövlət vəsaiti hesabına qorunub saxlanılmaqdadır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

22:38