“Traxtur” takımına qarşı provakasiya

 

Güney Azərbaycanın səsi olan bu takımın Türkiyə toplanışı ləğv edildi

Güney Azərbaycan və bütün Türk Dünyasında ən coşqulu futbol takımı kimi tanınan Tərbiz şəhərinin “Traxtur” takımının 10 günlük Türkiyə toplanışının ləğv edilibdir. Bu barədə yayılan məlumata görə, “Traxtur” takımının təlim-məşq toplanışı Türkiyədə deyil, Tehranda düzənlənəcəkdir.

Dünyada mövcud olan futbol takımlarının siyahısında ən çox tərəfdarı və fanatikləri olan Güney Azərbaycanın başkəndi Təbrizin “Traxtur” futbol klubu daha öncə iyul ayının 3-də Türkiyədə təlim-məşq toplanışı təşkil edəcəyini və bu çərçivədə Türkiyə komandaları ilə hazırlıq matçları keçirəcəyini bildirmişdi. Özəlliklə son iki ildə ölkə çempionluğu titulunu qazanmış, Türkiyənin qos-qoca takımlarından “Beşiktaş”la hazırlıq görüşləri keçirəcəyi yönündə KİV-lərdə açıqlamalar da yayınlanmışdı. Bu barədə “Traxtur” və “Beşiktaş”  klublarının rəhbərliyi bir neçə həftə öncə Türkiyədə hazırlıq matçı keçirəcəklərini açıqlamışdılar. Lakin, “Traxtur” takımına qarşı hər addımda xəyanət etmək kimi dərin siyasi oyunlar quran İran mollakratiya rejimi iyunun 27-də “Traxtur” takımının “Beşiktaş” takımı ilə və Türkiyənin digər takımları ilə görüşlərini ləğv edib. Beləliklə də “Traxtur” takımı geri dönməli olub.

Bütün bu rəzalətləri soyuqqanlıqlıla izləyən mollakratiya rejiminin rəsmiləri isə susqun mövqe sərgiləməkdədirlər. Hər hansı bir açıqlama verməkdən belə məharətlə yayınırlar.

Qeyd edək ki, “Traxtur” takımı sadəcə Güney Azərbaycanda deyil, eyni zamanda bütün Türk Dünyasında ən çox izlənilən takımlardan biri kimi tanınır.  Türkiyə mediasında, özəlliklə də “Hürriyet”, “Milliyet”, “Sözçü” və başqa önəmli qəzetlərin gündəmində olan takımlardan biri də “Traxtur” takımıdır. Həmin qəzetlər Traxtur” takımının “dünyanın ən çox tərəfdarı olan Türk takımı” olduğunu önə çəkirlər. Bununla yanaşı, o da bildirilir ki, “Traxtur” takımının Türkiyə mediasında daim gündəmə gətirilməsi Tehran mollakratiya rejiminin narazılığına səbəb olur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:22