Tələbə tarzən “İstedadlar salyutu” festivalında uğur qazanıb

 

7-10 oktyabr tarixində Sankt-Peterburq şəhərində “İstedadlar salyutu” VII Beynəlxalq yaradıcılıq festivalının yekun mərhələsi - superfinalı keçirilib.
 

Azərbaycan Milli Konservatoriyasının tar ixtisası üzrə III kurs tələbəsi Orxan Zeynalov mart-aprel aylarında Tbilisidə baş tutan festivalda I yeri tutaraq superfinala vəsiqə qazanmışdı.

Orxan finalda ona ayrılmış 4 dəqiqə vaxt ərzində Səid Rüstəmov və Tofiq Quliyevin “Qaytağı” əsərlərini professional səviyyədə ifa edərək I yerə layiq görülüb. O həmçinin 45 ölkədən 850 nəfər iştirakçı içərisindən qala-konsertə vəsiqə qazanan 25 ifaçı arasında yer alıb.

Orxan qala-konsertdə göstərdiyi professional ifaçılıq və artistizmə görə xüsusi diplomla təltif edilib. Həmçinin AMK-nın Xalq Çalğı Alətləri Kafedrasının konsertmeysteri Nərmin İsgəndərova professional müşayiətə görə diplomla təltif olunub.

Xudaferin.eu
RF. Moskva Bürosu”

09:12