Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında “Yay gecəsində yuxu” baleti oynanılacaq

 

Oktyabrın 26-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında F.Mendelsonun “Yay gecəsində yuxu” baleti nümayiş etdiriləcək. Bu səhnə əsərində Oberon obrazını Timur Əsgərov ifa edəcək.

Baletin dünya premyerası 1962-ci ildə Nyu-Yorkda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2012-ci ildə oynanılıb. T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

11:57