Timur Əsgərov “Yay gecəsində yuxu” baletində Oberon obrazını canlandıracaq

 

Mayın 6-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Feliks Mendelson Bartoldinin “Yay gecəsində yuxu” ikihissəli baleti nümayiş etdiriləcək. Bu səhnə əsərində Oberon obrazını gənc balet artisti Timur Əsgərov canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

22:00