Tehran televiziyasında canlı yayımda Türkiyəyə dəstək şüarları səsləndi

İranın Güneyindəki Xuzistan vilayətinin başkəndi Əhvazda futbol oyunu  zamanı azarkeşlər Hələbdə keçirilən qırğınlara etiraz edərək, Türkiyəyə dəstək şüarlarını  səsləndirdilər. Mülki fəallar tərəfindən "facebook"da paylaşılan video çarxda Əhvazdakı "Əl-Qədi"r stadionunda keçirilən oyununda "Fulad"  komandasının tərəfdarlarının Suriya diktatoru Bəşər Əsəd rejimi əleyhinə şüarlar səsləndirilib. Qeyd edək ki, Xuzistan vilayətinin əhalisinin əksəriyyəti mənşəcə ərəbdirlər. Tehran rejimi bu xalqı mümkün qədər uzun illərdir assimliasiya etmək siyasətini aparır. Son illər vilayətdə yaşayan ərəblər Tehraqn mollakratiya rejiminin “farslaşdırma” siyasətinə qarşı kəskin şəkildə öz etirazlarını birləşdirməkdədirlər. Əhvazlılar üzərində ərəb dilində "Hələb yox olur", "Ey Hələb, hamımız səninləyik!" yazılmış plakatlarla gəldikləri stadionda:"Ey Bəşər Əsəd, qanlı əllərini Suriyadan uzaq tut!. Şam hakimiyyətini diktatrura siyasəti ilə idarə edən Bəşər Əsəd rədd ol!" şüarları səsləndirdilər.  

Onu da qeyd edək ki, İran dövlət televiziyasının canlı yayımlanan Güney Azərbaycanın Təbriz komandası "Traktorsazi" ilə "Sepahan" arasındakı yarışda da təbrizli azarkeşlərin Türkiyəyə aşırı dərəcədə dəstək şüarlarının səsləndirməsindən sonra Tehran dövlət televiziyasında dərhal canlı yayım kəsilib.

Xudaferin.eu

12:31