Tehran mollakratiya rejimindən Quzey Azərbaycana qarşı sarsıdıcı zərbə

 

İran mollakratiya rejiminin rəsmi xəbər agentliyi işğal altında olan Dağlıq Qarabağa səfər etməyi təbliğatları gündəmə gətiribdir. Mollakratiya rejiminin “İslami İrşad və Mədəniyyət Nazirliyi”nin rəsmi lisenziyası ilə fəaliyyət göstərən “Pool News” xəbər agentliyi iranlıları Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməyə təşviq edir.

“Qarabağa səfər üçün bələdçilik” başlığı ilə yayılan yazıda Dağlıq Qarabağda erməni mədəniyyətinin hakim olduğu vurğulanaraq bu ərazilər müstəqil məntəqə adlandırılıb. Hətta bölücü və terror yuvası olan Dağlıq Qarabağın Azərbaycan, İran və Ermənistan ölkələri ilə qonşu olduğu qeyd edilib. Bu təbliğatda o da qeyd olunub ki, Azərbaycan və Ermənistan bu bölgədə 1988-ci ildən 1994-cü ilədək etnik mürahibəsi edib, bu ölkələr bir-birinə qarşı etnik təmizləmə aparmağa çalışıb.

“Diqqət etmək lazımdır ki, Dağlıq Qarabağa görə Azərbaycanla Ermənistan arasında ixtilaf var. Ona görə də pasportunda bu məntəqənin vizası və ya giriş-çıxış möhürü olan turistlər Azərbaycan Respublikasına buraxılmırlar. Lakin özünü ölkə kimi elan edən Dağlıq Qarabağ rəhbərliyi bu məsələdən xəbərdardır və kimsənin Azərbaycana səfər etməsinə mane olmur. Pasport sahibi razılıq verərsə ona viza və ya möhür vurulur. Əgər siz “Pasportunuza viza və ya möhür vurulmasını istəyirsinizmi?” sualına “xeyir” desəniz, o zaman sizə vizanı əvəz edən bir vərəqə veriləcək. O vərəqə sizin Xarici İşlər Nazirliyində olduğunuzu göstərəcək”- deyə Qarabağa səfərlə bağlı yayılan yazıda qeyd olunub.

Daha bir neçə İran saytında yayılan xəbərdə Dağlıq Qarabağa hansı yollarla səfər etmək, lazım olan sənədlər və s. barədə geniş məlumat verilib.

Şübhəsiz ki, işğal altında olan ərazilərə səfər etmək istəyən iranlılar bir çox halda pasportlara möhür vurulmaması şansından sui-istifadə edərək Dağlıq Qarabağa səfər edirlər, pasportlarda möhür olmadığı üçün bunu sübut etmək məsələsi də çətindir.

Qeyd edək ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İran rejimi bu ölkənin dövlətçiliyinə qarşı müxtəlif üsullardan istifadə edib. İranın Azərbaycana təzyiq vasitələrindən biri də Ermənistan və Qondarma Dağlıq Qarabağ Respublikasına yardım etməkdir.

P.S. “Pool News” agentliyində yayılan xəbər İran mollakratiya rejiminin saytında getmiş informasiyanı bu portaldan da oxuya bilərsiniz:

http://www.poolnews.ir/fa/news/250403/%D8%B1%D8%A7%D9%87%D9%86%D9%85%D8%A7%DB%8C-%D8%B3%D9%81%D8%B1-%D8%A8%D9%87-%D9%82%D8%B1%D9%87-%D8%A8%D8%A7%D8%BA-%D8%B9%DA%A9%D8%B3

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

10:46