Tehran mollakratiya rejimi rus ordusuna sonsuz yetki verir

 

Rusiya Federasiyasının başkəndi Moskvada İran mollakratiya rejiminin dış işlər bakanı  Cavad Zərif ötən gün Rusiyada rəsmi səfərində Tehran rejiminin nəzarətində olan hərbi bazaların üzərindən “Suriyadakı terrorçuluqla mücadilə bütün imkanların yaradılacağını” bildirib. Bu barədə mənsub olduğu rejimin rəsmi təmsilçisi kimi açıqlama da verib.
Bu açıqlamsı ilə yanaşı, Cavad Zərifin “Reuters” informasiya agentliyinə verdiyi müsahibədə İran mollakratiya rejiminin maraqlarını ifadə edərək demişdir: “Rusiyanın İranda hər hansı bir hərbi bazası yoxdur. Ancaq, bununla yanaşı yaxşı əməkdaşlığımız var. Terrorla mübarizə aparmaq üçün Rusiyanın İrandakı təsislərindən qullanması lazım gələrsə hər bir tələbi bir-birindən ayrı olaraq dəyərləndirib qərar verəcəyik”.

Qeyd edək ki, Rusiya Suriyadakı terrorçu qruplara hava əməliyyatları keçirmək üçün ötən ilin yazında İran moillakratiya rejiminin ın Həmədan bölgəsində bazasını istifadə etmişdi. Beləliklə, II Dünya Savaşından sonra, ilk dəfə xarici bir ölkə bir İran adlanan ölkənin hərbi bazasından öz strateji məqsədləri üçün istifadə etmiş oldu.

Onu da qeyd etmək gərəkdir ki, Cavad Zərif ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedən Həsən Ruhaninin heyətində təmsil olunan bakanlardan biridir.

Xudaferin.eu
Rusiya Federasiyası, “Moskva Bürosu”

05:57