SƏN VƏTƏNƏ VƏTƏN BOYDA GƏRƏKSƏN!

Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990-1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III və IV çağırış millət vəkili, Azərbaycan SSR-in əməkdar mühəndisi; texnika elmləri doktoru Vahid Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur.
1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir.
1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.
1967-1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır.
1971-1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972-1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
1981-1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmışdır.
1983-1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşdur.
1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olmuşdur.
1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur.
Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədi ilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur.
Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir.
Kimsənin gözünə kül üfürmədin,
Kimsənin varına göz yetirmədin,
Nostalji “şahlığı” sən itirmədin,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
Əkilən başları “xış”dan qorudun,
Şaxtası sərt olan qışdan qorudun,
Göydən töküləcək daşdan qorudun,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
İllərun acımış yuxusun aldın,
Sönmüş ocaqların qoxusun aldın,
Göylərin leysanın, dolusun aldın,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
Haqlı olanların sözünü dedin,
Acı həqiqətin düzünü dedin,
Mün üzlü kəslərin üzünü dedin,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
Sirli dünyamızın sözü səndədi,
Həsrətin, vüsalın gözü səndədi,
Yanmış öcaqların közü səndədi,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
Baş altında yastıqlara oyandın,
Göz qoyulan yasaqlara oyandın,
Müqəddəsdi vətən andın, el andın,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
Sən boyun əymədin yalan fürsətə,
Sığındın müqəddəs abra, ismətə,
Tabe oldun yazılmamış qismətə,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
Sən düz olan baxışların sözüsən,
İstiqlalın, Azadlığın gözüsən,
İnsanlığın, kişiliyin özüsən,
Halal sözsən, həqiqətsən, ürəksən,
Sən vətənə Vətən boyda gərəksən!
 
Əmir Pəhləvan

15:27