Rusiya ABŞ-ın BMT-dəki yerini tutmaq istəyir

Rusiya BMT İnsan Haqları Şurasına 2021-2023-cü illərdə üzvlüyü üçün namizədliyini irəli sürüb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “İnterfax” Rusiyanın BMT-dəki daimi nümayəndəliyinə istinadla məlumat yayıb. 

Rusiya daimi nümayəndəliyinin mətbuat katibi Fyodor Strjijovskinin sözlərinə görə, Rusiya İnsan Haqları Şurasında fəaliyyətini davam etdirir və buna görə şuraya üzvlüklə bağlı namizədliyini irəli sürüb. 

Bundan əvvəl ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması ilə bağlı xəbərlər yayılıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, islahatlar aparılsa, ölkəsi yenidən şuraya üzv olmağa hazırdır. 

Xudaferin.eu

13:51