Ərşad Salehi: “Dəhşətli olaylar baş verəcək: heç kim sağ qalmayacaq”

 

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi qondarma “Quzey İraq Kürd Muxtariyyatı”nın ucbatından İraqda böyük bir savaşın başlayacağını elan edib

Bu barədə İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib:“Bu savaşda kürdlər hansısa qazanc əldə etməyəcəklər. Hətta onlar bu savaşdan ən zərərli çıxan tərəf olacaqlar. Digər millətlər də zərər görəcəklər. İraq iqtisadiyyatı ciddi itkilər verəcək. Bölgədə ciddi gərginliklər olacaq, minlərlə kilometr məsafədən raketlər atılacaq. Bölgədə maraqları olanlar Əl Qaidəni buraya gətirərək savaşları başlatdılar. Bunun ardınca isə İŞİD-i buraya göndərdilər. İŞİD kimlərinsə əmri ilə İraqa gəlib və indi də kimlərinsə əmri ilə İraqdan gedir. Növbəti mərhələdə isə İraqın ərazi bütövlüyü hədəf alınacaq. Bundan heç kim sağ qurtulmayacaq. Kürdlər də bölünəcəklər. Bəziləri Türkiyənin, bəziləri İranın, bəziləri də İraqın yanında yer alacaqlar. Şiələr də bölünəcəklər. Sünnilərin isə onsuz da xəritədəki yerləri təhlükədədir. Türkmanlar bu işdə çox zərər görəcəklər. Bundan sadəcə gizli servislər xeyir götürəcək”.
Qeyd edək ki, İraqda 2002-ci ildə diktator Səddam Hüseynin devrilməsinsən sonra, bölgə tamamilə vətəndaş savaşı meydanına çevrilibdir. İraqın doğal sərvətlərinə sahib çıxmaq üçün ABŞ, Fransa, İngiltərə, Rusiya, Çin və İran öz strateji hədəfləri uçun sosial struktur kimi formalaşdırdıqları şəbəkələri qarşı-qarşıya qoymaqla düz 15 ildir bitmək-tükənmək bilməyən iş savaşı davam etdirirlər. Bu qanlı savaşlarda ən çox itirən tərəf isə, Türkiyə və İraq Türkmanları olmuşlar. Ancaq, bütün bunlara baxmayaraq, Türkiyə və İraq Türkman xalqı hələ də ayaq üstə durmaqda davam edirlər.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

10:10