Ərk Qalası fars şovinizmi siyasətinin zirvəsi olan mollakrat rejim tərəfindən nədən uçurulur?

 

1925-ci ildən üzü bu yana, min illik Türk hakimiyyətinə son qoyulması kimi ağır bir cinayətdə iştirak edən İngiltərə, Fransa, ABŞ və Rusiya “paniranizm” və “panfarsizm” doktrinasını “Persian” və ya “İran” adı altında daim rəsmiləşdirmək üçün çalışıblar. Elə buna görə də pəhləvilər rejimini düz 52 il müdafiə ediblər.

 

Buna görə də, həmin dönəmdə yeni yaradılan “pəhləvilər rejimi”nin aparıcı siyasəti Türk inkar doktrinası olubdur. Özəlliklə də Güney Azərbaycanı farslaşdırmaq,  bu mümkün olmadıqda isə, ən dəhşət saçan ağır və üzücü sosial-iqtisadi böhranlar içində əzib məhv etmək kimi dərin siyasətlər yaşanılıbdır. 1978-ci ildən üzü bu yana iqtidara gələn və 39 ildir hakimiyyəti kimsə ilə bölüşmək fikrində olmayan mollakratiya rejimi də pəhləvilər dönəmində olduğu kimi, özünün qatı antitürk siyasətini davam etdiribdir.
XXI yüzilin şərtləri ilə ortaçağ siyasətinin içində olmaq istəməyən Güney Azərbaycan elə buna görə də Milli Hərəkatını yaradıbdır. Pəhləvilər dönəmində olduğu kimi, bu dəfə də mollakrat rejim Güney Azərbaycan Milli Davasının ideoloji və birləşdirici nöqtələrindən biri hesab olunan ƏRK QALASInı tamamilə məhv etmək siyasətini dərinləşdirməyə başlayıbdır.
Ərk Qalasının düz yanında ayrıca bir körpü və məscid inşa etmək üçün para bulan qəddar rejim, qalanın abadlığı və təmiri üçün para bulmaqda aciz olduğunu söyləməkdən belə utanmır.    
Bu gün ƏRK QALA-sının tamamilə məhv edilməsinin əsas mahiyyəti qalanın gerçək genetik kodu ilə bağlıdır. ƏRK sözü türk sözü olub ərəb-fars istilahı ilə İSTİQLAL deməkdir. Bu sözün çəkisi və yükü daim Tehran rejimlərini vahimələndiribdir. Buna görə də mollakrat rejimi ƏRK QALA-sını yox etməyə çalışır.    

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

09:54