Rəhmətlik atamın (Qağamın) əziz xatirəsinə

(Foto 1984-cü ildə çəkilmişdir)

Rəhmətlik atam (Qağam) cavanlığında şərabçı olub. Özü də yaxşı şərabçə. Adla tanınardı.

 Yaxşı yadımdadır, həyətimizdə yerdənqazma pəyəmiz vardı və pəyəmiz müxtəlif növ çaxırlarla dolu olardı... 

Böyüyəndə bildim ki, rəhmətlik qağam bu çaxırı satıb, ailəmizi dolandıran vaxtlarda da olub... 

Heç vaxt içki düşkünü olmamışam bele, ancaq əziz dostlarla yaxşı içkilərinin dadına baxmağı sevmişəm. 

Hər adamla içki içmərəm yalnız çox yaxın və aydın insanlar var ki, onları rədd etməmişəm. Heç bir vaxt qardaşım olsa belə, cahillərlə içki süfrəsinə əyləşməmişəm, əgər məcburiyyət qarşısında otursam belə tez durub getmişəm... 

Ancaq sizə bir sirr açım, heç kimə deməyin: Mən özüm də müxtəlif meyvələrdən ləzzətli içkilər çəkməyi bacarıram və özü də yüksək keyfiyyətlə... 

Əlbəttə, əziz dostum, dünyanın nadir şərab uzmanı olan Mehman Nəcməddinovun yanında mən şəyird olaram. 

Azərbaycanda dünyanın ən dadlı faydalı meyvələr yetişir və bu təbii nemətlər olan diyarın övladları, bu cür cənnət meyvələrdən çəkilib filtrlənmiş, insan ömrünü uzadan şərabları qoyub, gedib dükanlardan geydirmə içkiləri alıb içirlər. Bu həm tənbəllik, həm günah, həm də ömrün bilərəkdən qısaldılması, sağlmalığa zərər vurulması deməkdir.

Və bir də...

Azərbaycanda içki içməmək mümkün deyil, Vətənimiz elə gündədir ki, indi ona ayıq gözlə baxmaq çox kədərlidir...

 Qoy Tanrım millətimizi qorusun. Allahın bu zavallı millətə rəhmi gəlsin... 

Ayə, süz gəlsin eee!...

 

Elman Mustafazadə

22:04