Qondarma rejimin “keçmiş müdafiə naziri” Babayanı tutldu

 

Qondarma Dağlıq Qarabağ rejiminin “keçmiş müdafiə naziri” Samvel Babayanın saxlandığı bildirilir.

 

Bu barədə martın 22-də “Ohanyan-Raffi-Oskanyan” blokunun üzvü, “İrs” partiyasının sədr müavini Armen Martirosyana istinadla xəbər verib. Amma o, hələlik bu barədə əlavə məlumatı olmadığını deyib. Məlumatı Samvel Babayanın ailə üzvləri də təsdiqləyib. Ermənistanın milli təhlükəsizlik xidməti bildirir ki, ölkəyə qaçaq yolla “İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı cinayət işi açılıb,hazırda 3 nəfər saxlanıb, o cümlədən də Ermənistan vətəndaşı Samvel Babayan.

Təhlükəsizlik nazirliyinin mətbuat xidmətinin məlumatına görə, istintaq və operativ əməliyyat tədbirləri nəticəsində əldə olunan dəlillərə görə həmin adamlar məhz Samvel Babayanın göstərişi ilə hərəkət ediblər. Mənbənin məlumatına görə, təhlükəsizlik xidməti bundan əvvəl ölkəyə Gürcüstandan belə bir qurğu gətirilməsinin qarşısının alınması barədə məlumat yayıbmış.

Samvel Babayan marın 22-də “Ohanyan-Raffi-Oskanyan” blokunun seçki qərərgahında olub. Blokun digər üzvü Manvel Egiazaryan radioya deyib ki, Samvel Babayan yerli vaxtla təxminən 13 radələrində səhətində nasazlıq olduğunu deyərək evə yollanıb.

Onun sözlərinə görə bundan sonra onunla əlqə kəsilib. “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən olan keçmiş xarici işlər naziri Vardan Oskanyan hələlik məlumata münasibət bildirməyib. Blok məlumatı araşdırır. Xatırladaq ki, S.Babayan Ermənistan hakimiyyətini 2 aprel döyüşlərindəki uğursuzluğa görə tənqid edib.
Qeyd edək ki, son iki-üç ildə ilk dəfə olaraq, 1998-ci il noyabr ayında ölkə parlamentində terror siyasətinin nəticəsində iqtidara gəlmiş keçmiş döyüşçülər Robert Köçəryan və Serj Sərkisyan növbə ilə bir neçə dəfə Ermənistanın prezidenti vəzifəsinə seçiliblər. Bu seçkilər hər dəfə ölkədə hərbi xunta siyasətinin davam etməsi ilə müşahidə olunub. İndi növbəti seçkilərdə Samvel Babayanın prezident seçilməsi planı mövcud idi. Belə ki, davamlı olaraq, bölücü “Dağlıq Qarabağ” rejiminin ilk öncə müdafiə naziri, donra da prezidenti seçilmiş şəxslər qismində Robert Köçəryan və Serj Sərkisyan Ermənistanın prezidenti vəzifəsini icra ediblər. Bu dəfə isə, həmin estafeti Samvel Babayanın davam etdirməsi siyasi kluarlarda dolaşırdı. Onun tutuqlanmasının sirri isə, bu dəfə İrəvan klanının açıq şəkildə hərəkətə keçməsi ilə bağlıdır. Durumun belə bir məcrada davam etməsi isə, sonucda İrəvanda müharibə partiyasının sonu deməkdir.

Xudaferin.eu
“Analitik Mərkəzi”  

 

10:14