QKTC yunanlarla birləşə bilməz

 

Son illərdə Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Birliyi (AB), Avropa Şurası (AŞ) və digər uluslararası quruluşlar Kirp adasında mövcud olan iki dövlətin, Quzey Kipr Türk Cümhuriyyəti (KKTC) və Güney Kipr Yunan Dövlətinin (GKYD) ortaq bir dövlət halında birləşməsi ideyasını müdafiə etməklə yanaşı, hər iki idarəetmənin rəhbərlərini danışlqlar masasına belə dəvət etmişlər.
KKTC-dəki bir sıra partiyalar və quruluşlar qətiyyətlə bu birləşməyə qarşı olduqlarını dilə gətirməklə yanaşı, həm də kəskin şəkildə bunun əleyihndə olduqlarını bildirirlər. Belə ki, GKYD-ni ayrıca olaraq, uluslararası birliyin üzvü kimi tanınmasında BMT, AB, AŞ və digər uluslararası birliklər çoxdan bu yöndə qərarlarını vermişlər. KKTC isə, 1974-cü ildən bu yana uluslararası birliklər tərəfindən hüquqi şəkildə hələ də tanınmamaqdadır. 1930-1970-ci illərə qədər yunanların nəzarətində olmaqla və Avropa dövlətlərinin dəstəyi ilə adada daim Türk millətinə qarşı soyqırım siyasətləri yürüdülmüşdür. Ona görə də, Türkiyə Cümhuriyyəti adaya qoşun yeridərək, KKTC uğrunda mücadilə aparan Türk millətini açıq şəkildə dəstəkıməyə məcbur olmuşdur.
Son illərdə BMT-nin, AB-nin və AŞ-nin şirin vədləri əsasında adada vahid dövlət modeli ortaya atılması yönündə KKTC-nin bəzi siyasi quruluşları da bu ideyaya dəstək verməyə başlamışlar. Ancaq, bu ideyaya qarşı çıxan digər partiyalar şirin vədlərə inanmadıqlarını  israrla davam etməkdədirlər. Həmin siyasi partiyalardan biri də YDP-dir (Yeniden Doğuş Partiyası). KKTC-də yerli bələdiyyə və parlament seçkiləri yaxınlaşdıqca ehtiraslar da qızışmaqdadır.
Ünlü liderlərdən biri olan Levent Özadam Murat Gezici bildirmişdir ki: “YDP lideri Erhan Arıklının liderliyində YDP bu seçkilərin favoritlərindən biri sayılır. Bunu son anket sonucları da sübut etməkdədir. Erhan Arıklını çox siyasi çevrələr qəbul etməsə də onun liderliyində YDP ən azından seçkilərdə 7 faizlik barajı keçməklə çoxlarının kürkünə birə salacaqdır. YDP hətta yeni hakimiyyətin ortağı ola bilmək gücündədir”.
YDP başqanı Erhan Arıklı “Xudaferin.eu”ya verdiyi açıqlamada birldirmişdir ki: “QKTC heç bir zaman bizlər yunanlarla bir dövlət halında birləşə bilmərik. İlk öncə yunanlar Türk xalqından açıq şəkildə ötənlərdə yapdıqları antitürk siyasətinin tərkib hissəsi olan soyqırımlara görə üzr diləməlidirlər. Bundan əlavə, Türkiyədə iqtidarda olan AKP hökumətinin öz çıxarılarına görə, bu istiqamətdə atdığı addımlar dayandırılmalıdır. Kiprin çevrəsində Ağ dənizin dibində dünyanın ən güclü təbii qaz və neft yataqlarının olduğu hər kəsə bəllidir. Yunanlar ada dövlətlərinin birləşdirilməsi sayəsində həmin təbii sərvətlərə sahib çıxmaq üçün çaba göstərirlər. Buna görə də uluslararası xrsitian birliyi ideyasını ortaya atmaqla özlərinə böyük bir dəstək qazanmağı hədəf seçmişlər. QKTC bir dövlət olaraq Türkdür və Türk olaraq da qalacaqdır. QKTC-nin təməl qurucusu ünlü lider Rauf Denktaşın gözəl bir sözü var: Quzey Kıbrıs Türk Cümhuriyyəti şəhid və qazilərimizin bizə olan əmanətidir. Kimsənin bu əmanətə xəyanət etmək haqqı yoxdur”.

Xudaferin.eu
   

 

 

 

09:49