“Qarabağ” UEFA yarışında möhtəşəm qələbə çaldı

 

 

“Qarabağ” Danimarkanın “Kopenhagen” klubuna 1-0 hesabı ilə qalib gəldi

UEFA Çempionlar liqasının növbəti play-off mərhələsində Azərbaycanın Qarabağ klubu Danimarkanın “Copenhagen” klubuna 1-0 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına stadionda keçirilən oyuna 6 dəqiqə vaxt əlavə edilmişdi. Yeganə qolu 25-ci dəqiqədə Mahir Mədətov vurub. Bu iki komanda arasında qoşa matçdan birincisi idi.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu matçdan əvvəl “Azadlıq” radiosuna demişdi ki, əsas vəzifə qalib gəlmək və top buraxmamaqdır. Beləliklə, Qurban Qurbanovun komandası qoyulan vəzifənin öhdəsindən gəlib. İkinci oyun avqustun 23-də Danimarkada keçiriləcək.
Qeyd edək ki, cavab görüşündə “Qarabağ” futbol klubunun ən azından heç-heçə etməsi və ya qələbə çalmasında Avropa dövlətləri boyunca yaşayan soydaşlarımızın oyun zamanı milli komandamıza azərkeşlik etməsi çox vacib məsələlərdən biridir. Belə ki, Avropa üzrə “Qarabağ” sözünün məhz Azərbaycanla qoşa çəkilməsi artıq milli hədəf sayılır. 

Xudaferin.eu
 

17:10