Pyer Tiloyun “Xocalı 613” əsəri Braziliyada səsləndiriləcək

 

Aprelin 13-də Braziliyanın Para ştatının Belen şəhərində “Theatro da Paz”da Pyer Tiloyun “Xocalı 613” əsəri səsləndiriləcək.

Bu məlumatı Avropa Azərbaycan Cəmiyyəti “facebook” səhifəsində paylaşıb. Konsert proqramında, həmçinin L.Betxovenin “Beşinci simfoniyası” ifa ediləcək. “Xocalı Faciəsi” ilə bağlı Avropada ilk ciddi simfonik əsərin müəllifi kimi tanınan Pyer Tiloy bu əsərini ilk dəfə Fransada, başkənd Parisdə yerli Bələdiyyə Simfonik Orkestrinin sayəsində  səsləndirib. Bunun ardınca isə, bir sıra ölkələrdə planlaşdırıldığı kimi simfonik konsert proqramlarında “Xocalı Faciəsi” simfonik əsərini də daxil edib.

Xudaferin.eu
“Avropa Bürosu”

06:50