Pul var, nəticə yox: Nazirlik büdcəni talayan rayon məktəblərini necə yaradır?

 

Nadir İsrafilov: “İndi müsabiqədə yüksək bal toplayanları mərkəzdə saxlayır, zəifləri isə ucqarlara göndərirlər”

Dövlət İmtahan Mərkəzi (DİM) 2016/2017-ci tədris ilində şəhər və rayonlar üzrə ali məktəblərə qəbul olmayan və ümumiyyətlə, universitetlərə sənəd verməyən məktəblərin adlarını açıqlayıb. Bu Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12 saylı buraxılışında öz əksini tapıb. Məlum olub ki, bir sıra bölgələrdəki kəndlərdə bir nəfər də olsun ali məktəbə qəbul olmayıb. Yaxud da ümumiyyətlə, sənəd verməyib.

Qəbul səviyyəsi “sıfır” olan məktəblər...

Bu siyahıda Naxçıvanın Nəcəfəli Dizə kənd tam orta məktəbinin, Culfa rayonunun Ləkətağ kənd, Gal kənd və Şəhid Rəqib Quliyev adına Boyəhməd kənd tam orta məktəbinin, Ordubad rayonunun şəhid Əşrəf İbrahim adına Baş Dirzə kənd və Nürgüt kənd tam orta məktəblərinin, Şahbuz rayonundan Türkeş kənd, Güney Qışlaq kənd və İ.D.Rüstəmov adına Badamlı kənd tam orta məktəbinin, Ağcabədi rayonundakı S.Hüseynov adına Xocavənd kənd 1 saylı tam orta məktəbinin, Ağdam rayonunun 9,14, 39,97, 111, 122, 125 saylı, I Baharlı kənd və Hacıturallı kənd orta məktəblərinin,Ağdaş rayonundakı məktəblərdən B.Əzizov adına Qaradeyin kənd, İ.Ələsgərov adına Xosrov kənd, Z.Maqsudov adına Ərəbocaq kənd və T.Rüstəmov adına Aralbir kənd orta məktəblərinin, Ağstafa rayonunun R.Alıcanov adına Köçvəlli kənd orta məktəbinin, Ağsu rayonunun Abbasxanlı, Aratkənd, İlxıçı, Kəndova, Muradlı, Padar, Padarqışlaq, Rəhimli  Ülgüc və Çaparlı kənd orta məktəblərinin, Astara rayonunun 7 saylı şəhər, Ərçivan qəsəbə 1 saylı, T.Rüstəmov adına Miki kənd, E.Baxşiyev adına Rinə kənd, B.Rüstəmov adına Asxanakəran kənd, Sım kənd, Sipiyəpart kənd orta məktəblərinin, Balakən rayonunun Sarıbulaq və İtitala kənd tam orta məktəblərinin, Beyləqan rayonunun A.Quliyev adına İmamverdilər kənd orta məktəbinin, Biləsuvar rayonunun R.Rzayev adına Nəsimikənd kənd və Çinarlı kənd orta məktəblərinin, Cəbrayıl rayonunun Dağtumas kənd və 2 saylı orta məktəblərinin,Cəlilabad rayonunun Təklə, Ləkin, Cəlayir  Cəngan, Şorbaçı, Boyxanlı, Uzuntəpə 2 saylı, Hacıməmmədli, Musalı, Xəlilabad, Məşədilər, Alaşar və Şükürlü orta məktəblərinin, Daşkəsən rayonunun Daşkəsən qəsəbə, G.İsmayılov adına Aşağı Daşkəsən qəsəbə, S.İsgəndərov adına Quşçu qəsəbə, A.Rüstəmov adına Qabaqtəpə kənd, F.Ələsgərov adına Kəmərqaya, Çanaxçı  Zinzahal, Dəstəfur və Güneykənd kənd orta məktəblərinin, K.Qafarov adına Alunitdağ qəsəbə, Ş.Cavadov adına Təzəkənd kənd, Qaraqollar, Zəylik, Astaf və Alaxançalı kənd orta məktəblərinin, Fizuli rayonunun 6,8,11,55 saylı, Qayıdış qəsəbə 3 saylı, Qazaxlar, Üçbulaq, Aşağı Alıxanlı orta məktəblərinin, Gədəbəy rayonunun Habil Allahyarov adına Soyuqbulaq, Söyüdlü, Düzyurd, Sarıhəsənli, Daryurd, Qızılqayad, Pərizamanlı, Şahdağ və Səbətkeçməz kənd orta məktəblərinin, Goranboy rayonunun Nizami, S.Məmmədov adına Zeyvə, Ü.Məhərrəmov adına Dəyirmanlar, R.Qasımov adına Qırıxlı, H.Sarıyev adına Yəhərçi Qazaxlar və N.Nəbiyev adına Xınnalı kənd orta məktəblərinin, Göyçay rayonunun S.Vurğun adına şəhər internat və Q.Baxışov adına Çərəcə kənd orta məktəblərinin, Göygöl rayonunun Zurnaband, Çaykənd, Quşçu, N.Verdiyev adına Sarısu, Dozular, Kərəmli, Mixaylovka və Köşkü kənd orta məktəblərinin, Hacıqabul rayonunun Hacıqabul 2 saylı şəhər, A.Baxşəliyev adına Şorbaçı və V.Mustafayev adına Qarasu orta məktəblərinin, Xaçmaz rayonunun 4 saylı, Xudat 4 saylı şəhər, Y.Şahbazov adına Alekseyevka, Niyazabad, Z.Abdullayev adına Uzunoba, Susay və Qadaşoba kənd orta məktəblərinin, Xızı rayonunun Fındığan kənd orta məktəbinin, Xocalı rayonunun Qaragav kənd orta məktəbinin (Oğuz rayonu), Xocavənd rayonunun Muğanlı kənd 1 saylı orta məktəbinin, İmişli rayonunun V.Haqverdiyev adına Mürsəlli, A.Mejdunov adına Murğuzallı, A.Allahverdiyev adına Qaralar, Sarxanlı kənd 2 saylı, F.Əsədov adına Qaraqaşlı, İ.Əliyev adına Qulubəyli və F.Cəbrayılov adına Şahverdili kənd orta məktəbinin, M.Şirinov adına Qaradonlu və Gövhərli kənd orta məktəbinin, İsmayıllı rayonunun Zərnava, Xəlilli və Uştalqışlaq kənd orta məktəbinin, B.Mirzəyev adına Sulut və Kürdeldarbəyli orta məktəbinin, Kürdəmir rayonun Karrar qəsəbə, Mollakənd qəsəbə, E.Zülfüqarov adına Şilyan, Qarabucaq, Q.Sadıqov adına Mollakənd, Ərəbxana, Cəyli, Carlı, Məhərrəmli, Z.Əhmədov adına Şilyan və Mürtülü kənd orta məktəbinin, Söyüdlər, Böyük Kəngərli, Ərəbqubalı və Bəyi kənd orta məktəbinin, Qax rayonunun Zərnə və Ağyazlı kənd orta məktəbinin Qəbələ rayonun Tola kənd orta məktəbinin, Qobustan rayonun Ə.Nəbiyev adına Təklə Mirzəbaba, Bəklə, Bədəlli, Yekəxana və Dərəkənd kənd orta məktəbinin, Quba rayonunun Aşağı Tüləkaran, N.Dadaşov adına İspik, Ə.Vəliyev adına Rustov, M.Abdullayev adına Qam-qam, N.Rzayev adına Əsparasti, M.Zöhrabov adına Paşaoba və A.Əliyev adına Əliməmmədoba kənd orta məktəbinin, Qırmızı qəsəbə 1 saylı, Möhüc, C.Bayramov adına Zərqova və Utuq kənd orta məktəbinin, Qusar rayonunun 4 saylı, Qənərçay, Şirvanovka, Qalacıq, Cağarqışlaq, Yuxarı Kalunxur və Həsənqala kənd orta məktəbinin, Lerik rayonunun Lerik şəhər 2 saylı, Cəngəmiran və Anbu kənd tam məktəbinin, Lənkəran rayonun Biləsər, Xarxatan, Qumbaşı, Tatova və Moloja kənd orta məktəbinin, Masallı rayonunun Qodman və Öncəqala kənd orta məktəbinin, Naftalan şəhərinin Z.rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd orta məktəbinin, Neftçala rayonunun Mayak kənd 1 saylı, Astanlı və Boyad kənd orta məktəbinin, Oğuz rayonunun O.Tayıflı adına Tayıflı kənd orta məktəbinin, Saatlı rayonunun Məzrəli, Mircəlalkənd, Azadkənd  və Smadakənd kənd orta məktəbinin, Sabirabad rayonunun 7 saylı şəhər, Həşimxanlı 1 saylı kənd, Axıska, Surra, Zəngənə, Balvar, Kovlar və Qaragünə kənd 2 saylı orta məktəbinin, Muradbəyli və C.Xəlilov adına Çağırqan kənd orta məktəbinin, Samux rayonunun Əhmədbəyli kənd orta məktəbinin, Siyəzən rayonunun S.Zeynalov adına Böyük Həmyə orta məktəbinin, Şabran rayonunun Pirəbədil, Çölquşçu və H.Əliyev adına Dağbilici kənd orta məktəbinin, Şamaxı rayonunun A.babaşov adına Şəhriyar qəsəbə, Y.Məmmədəliyev adına qəsəbə, Qızmeydan, C.Heydərov adına Dəmirçi, Mirikənd, II Cabanı, F.Şixəliyev adına Bağırlı, A.Rəcəbov adına Qaravəlli və Kələxana kənd orta məktəbinin, H.Hüseynov adına Çarhan, Keçmədin, Hacıqədirli və Kərkənc kənd orta məktəbinin, Şəki rayonunun Qozlubulaq və Çayqaraqoyunlu kənd orta məktəbinin, Şəmkir rayonunun Günəşli, N.Nəsirov adına Ələsgərli, R.Əliyev adına kənd orta məktəbi (Bitdili kəndi), Fizuli kənd, Kür qəsəbə 1 saylı və İrmaşlı kənd 1 saylı orta məktəbinin, Tovuz rayonunun H.Vəliyev adına Əlibəyli, N.Yusifov adına Ağdam, C.Abdullayev adına Ağbaşlar və Əhmədabad kənd orta məktəbinin, Qovlar şəhər 3 saylı orta məktəbinin, Ucar rayonunun Bərgüşad kənd 2 saylı, Ə.Məmmədov adına Müsüslü kənd və T.cavadov adına Yuxarı Şilyan kənd orta məktəbinin, Yardımlı rayonunun şəhər 4 saylı, Telavar, Horavar, Avaş, Porsova, Şilavangə, Sırıq, Osnəkəran, Honuba-Şıxlar, Horonu və Separadi kənd orta məktəbinin, Yevlax rayonunun Nemətabad, Rüstəmli və Nərəmli kənd orta məktəbinin, Zaqatala rayonunun Şəhər İnternat, Əliabad qəsəbə 1 saylı, Əliabad qəsəbə 4 saylı, Qandax, Maqov, Mosul, Üçüncü Tala, Çobankol və Zəyəm kənd orta məktəbinin, Zəngilan rayonunun 5 və 32 saylı kənd orta məktəbinin, Zərdab rayonunun C,Azayev adına Şahhüseynli kənd, C.Məmmədquluzadə adına Yuxarı Seyidlər və M.Müşfiq adına Dəliquşlu kənd orta məktəbindən bir abuteriyent ali təhsil müəssisəsinə qəbul olmayıb.

Çeşidləmə siyasəti davam edir...

 

Maraqlıdır, qəbul səviyyəsi “sıfır” olan məktəblərdə bəs nə keçilib?Görünən odur ki, bu müəssisələrə sadəcə dövlət büdcəsi sərf olunub.Ekspertlər nə düşünür? Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov açıqlamasında deyib ki, belə hallar əvvəllər də olub, lakin bu dərəcədə və bu miqyasda yox: “Yaşlı və orta nəsilin nümayəndələri bilməmiş deyil ki, o qədər də uzaq olmayan keçmişdə bir çox alimlərimiz, və digər ixtisas və peşə sahibləri olan tanınmış ziyalılarımız məhz region məktəblərinin yetirmələri olardı. Gədəbəy, Tovuz, Yevlax və bir çox digər bölgələrin məktəbləri, müəllimləri nümunə göstərilərdi. Sonralar bizə məlum olan, olmayan obyektiv və subyektiv səbəblərdən vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişdi.Hazırda ildən-ilə ən yüksək göstəriciər əsasən eyni lisey, gimnaziya və bir sıra digər elit məktəblərin ayağına yazılır.Əlbəttə, bu da ürəkaçan hal olmayıb və təhsilimizə heç də başucalığı gətirmir.Səbəblər çoxdur. Ən başlıcası isə təhsil sahəsində də meyvə-tərəvəzdə olduğu kimi “çeşidləmə” aparmağımızdır.Ən yaxşı müəllimləri və şagirdləri seçib, “imkanlı” məktəblərə yığırıq.Bir məktəbdə bolluqdan texniki avadanlıqlar ambarda yatır, digər hansındasa adi kseroks aparatı belə yoxdur.Hansısa məktəb ildə olmasa da, iki-üç ildən bir təmir olunur, hansısa məktəbə yarandığı gündən bəri bir mıx da olsa vurulmur”.

Ekspert deyib ki, Sovet dönəmində təyinat deyilən bir prosedur var idi ki, savad və səviyyəsindən asılı olmayaraq hamı müvafiq ərazi üzrə yerlərə göndərilirdi: “İndi müsabiqə və müsahibə adı ilə ən yüksək bal toplayanları mərkəzdə saxlayır, “ortababları” nisbətən yaxın regionlara, “zəifləri” isə ucqarlara göndərirlər. Regionların inkişafı təkcə yol çəkmək, abadlaşdırma işləri aparmaqdan ibarət deyil.Təhsildə ögey-doğmalıq yol verilməzdir.Əlbəttə, bu istiqamətdə atılan müəyyən addımları qiymətləndirməmək də ədalətsizlik olardı.Müəyyən işlər gedir, lakin hesab edirəm ki, bu vəziyyət hələ müəyyən bir müddət də davam edəcək”.

Alçina Amilqızı

Cebhe.info

 

06:39