Polşada yaşayan azərbaycanlılar üçün Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb

Polşa Azərbaycanlıları Birliyi 2019-cu ilə yeni və mühüm layihə ilə başlayır. Birliyin təşəbbüsü ilə Polşada yaşayan və təhsil alan azərbaycanlıların problemlərinin həllinə dəstək məqsədi ilə qurum daxilində Məlumat və Hüquqi Yardım Mərkəzi yaradılıb. Bu barədə məlumat verən birliyin sədri Cavid Yadigar Zeynalov qeyd edib ki, son illərdə Azərbaycandan Polşaya təhsil və işləmək məqsədi ilə gələnlərin sayında artım müşahidə olunur:

“Bu isə təbii ki, özü ilə bərabər müxtəlif problemlər də yaradır. Bakıda Polşaya iş və təhsil imkanı yaratmaq adı altında çalışan bir sıra şirkətlərin məsuliyyətsizlikləri üzündən həmvətənlilərimiz bu ölkəyə gələrək ciddi problemlərlə üz-üzə qalırlar. Hətta bəziləri qalmağa yer tapmadığı üçün şəhərin mərkəzində gecələməli olur. Bunlarla bağlı bizə mütəmadi olaraq müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq, biz Məlumat və Hüquqi Yardım Mərkəzi yaratmaq qərarına gəldik”.

Xudaferin.eu

15:05