PKK kürd terrorçuları Kərkükə daxil oldu

 

Quzey İraq Türkman torpaqlarının mərkəzi sayılan Kərkükdə durum daha da gərginləşib.

İraq Türkmən Cəbhəsinin Kərkük üzrə nümayəndəsi Mehmet Seman Ağaoğlu, son iki gündə 700 PKK terrorçusunun şəhərə girdiyini bildirib. O, xüsusi təlim keçmiş terrorçuların Kərkükə toplandığını deyib.

Hal-hazırda şəhərin bir neçə giriş və çıxış nöqtələri tanklarla və ağır silahlara sahib peşmərgələrin nəzarətindədir. Kərkükün Bağdad yönündəki girişi isə İraq ordusu və “Həşdi-Şabi” türkmən qüvvələrinin əlindədir. Bununla yanaşı, bölgədəki türkman əhalisi də silahlı birliklərini quraraq, şəhərin PKK kürd terrorçu birləşmələrinin nəzarətinə keçməsinin qarşısını almaq üçün səfərbər olunublar.
Qeyd edək ki, Quzey İraq Türkman bölgələri boyunca PKK və digər kürd peşmərgə terrorçu birləşmələrinin son illərdə güclənməsinin və bölgədə ayrıca qondarma “Kürdüstan” dövləti adına fəallaşmasının əsas səbəblərindən biri də, Türkiyədə 15 ildir iqtidarda olan AKP və onun lideri Rəcəb Təyyib Ərdoğandır. AKP və onun yandaşı olan iqtisadi şəbəkələrin əsas işi İraqla, özəlliklə də bölgədə kürd etnik bölücülük hərəkatının lideri Məsud Bərzani ilə ortaq işbirliyində olmalarıdır. Qanunsuz silah, neft və digər ticarət əlaqələri sayəsində bu AKP və onun yandaşı olan bütün şəbəkələr ən böyük zənginlərə çevrilmişlər.
Türkiyənin bir dövlət olaraq Quzey İraqla ilgili 1923-cü ildə imzaladığı bütün beynəlxalq səviyyəli anlaşmalara məhz AKP iqtidarında həm göz yumulmuş, həm də bütün baş verən olaylar görməzlikdən gəlinmişdir. Rəcəb Təyyib Ərdoğanın oğlu Bilal Ərdoğan isə İraqla, özəlliklə də qondarma “Kürdüstan Muxtariyyatı” ilə ən sıx biznes əlaqələrinə malik olan şirkətlərin sahibidir.
2002-ci ilə qədər Quzey İraq Türkmaneli Səddam Hüseyn diktatorluğunun, 2002-ci ildən üzü bu yana isə bir yandan “kürd etnik bölücülük” siyasətinin və AKP iqtidarının qurbanına çevrilmişdir. Quzey İraq Türkmanları min dəfələrlə bu problemin həlli yönündə Türkiyədəki AKP iqtidarına müraciətlər etsə də, bu günə kimi onların sorunlarının çözümü yolunda hər hansı bir ciddi addımlar atılmayıbdır.

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

10:01