Nazirliklərdə kadr böhranı

 

Azərbaycanda devolivasiyanın baş verməsindən sonra dövlət qulluğunda işləmək istəyənlərin sayı kəskin şəkildə azalıb.
 

Məlumata görə, buna səbəb əmək haqlarının aşağı olmasıdır. Düzdür öncələr də əmək haqları aşağı olub, amma əmək haqqı ilə yanaşı paket sisteminin tətbiqi dövlət qulluqçularının maddi durumunu nizamlayırdı. Amma artıq bir ildir ki, paket sistemi ləğv olunub və cüzi maaşla da heç kim işləmək istəmir. Amma yüksək post tutan məmurlara xəbərdarlıq edilib ki, kim ərizə yazıb işdən çıxmaq istəyərsə onların fəaliyyəti ciddi şəkildə araşdırılacaq. Bu səbəbdən hələ ki, anlaşılmaz durum yaranıb. Belə bir acı durumu yaşamaq zorunda qalan məmurlar faktiki olaraq hakimiyyətin “girovu”na çevriliblər. Ona görə də, artıq vergi və maliyyə sektorunda çalışan orta və aşağı dərəcəli məmurlar əllərini ağdan-qaraya vurmaq belə istəmirlər. 

Muxalifet.az

 

10:23