Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Bəzirxana kəndinin videogörüntülərini paylaşıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Bəzirxana kəndinin videogörüntülərini paylaşıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Bəzirxana kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də azad olunub.

Xudaferin.eu
 

 

14:03