Müdafiə Nazirliyi Ağdam rayonunun Güllücə kəndinin videogörüntülərini yayıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Güllücə kəndinin videogörüntülərini paylaşıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Rayon mərkəzində 26 kilometr şimalda yerləşən Güllücə kəndi 1994-cü il aprelin 16-da Ermənistan ordusu tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

Xudaferin.eu

 

12:37