Mollakratiya rejimi iflasa doğru

 

Artıq Tehran rejiminin yaramazlığı ucbatından ölkənin iri şəhərlərində işsizlik 60 faizi ötüb

Mollakratiya rejiminin daxili işlər naziri ötən gün ölkədə işsizliklə bağlı narahatlıq bildirib. Nazirliyin açııqlamasına görə, ölkənin bəzi şəhərlərdə əməkqabiliyyətli əhalinin 60 faizə qədəri işsizdir.

Rəsmi şəkildə etiraf olunur ki, ölkədə əhalinin 22 faizi işsizdir

 

Mollakratiya rejiminin daxili işlər naziri Abdol-Reza Rahmani Fazli müsahibəsində bildirib ki, ölkə üzrə orta işsizlik səviyyəsi 12 faiz olsa da, bəzi şəhərlərdə bu göstərici 60 faizə çatıb. Ancaq nazir işsizlik səviyyəsinin yüksək olduğu şəhərləri sadalamayıb. Prezident Həsən Ruhaninin müşaviri, iqtisadçı Masoud Nili isə söyləyib ki, cəmiyyətdə üç zümrə arasında işsizlik böhran həddinə çatmaqdadır: gənclər, qadınlar və alitəhsilli şəxslər.

Ötən il işsizlik səviyyəsinin rəsmən 12.04 faiz olduğu bildirilsə də, bəzi əyalətlərdə həmin  göstərici bundan xeyli daha yüksək olub. Məsələn, Kirmanşahda 22 faiz, Çahar Mahal və Bəxtiyari əyalətlərində 20.02 faiz, Kürdüstanda 15 faiz işsizlik qeydə alınıb. Bunlar İranın işsizlikdən ən çox əziyyət çəkən əyalətləridir.

Ölkənin kooperativlər, əmək və rifah naziri Əli Rabieinin sözlərinə görə, 3 milyon 200 min vətəndaş işsizdir. Ancaq parlamentin nəzdindəki “Tədqiqat Mərkəzi”nin hesablamalarına görə, ölkədə işsizlərin sayı 6 milyon 500 min - 7 milyon nəfər arasındadır. Rəqəmlər arasında belə böyük fərq hökumətin işsizliyi fərqli meyarlarla təyin etməsiylə bağlı ola bilər. Məsələ burasındadır ki, hökumət həftədə bircə saat işləyən adamları işsiz saymır. Beləliklə də, hökumət işsizlərin sayını, əslində, olduğundan xeyli az göstərir.

Saxta öhdəliklərlə hakimiyyətin problemlərdən yayınmaq taktikası
 

Altıncı Beşillik İnkişaf Planına əsasən, hökumət cari İran idə 970 min yeni iş yeri açmaq haqda öhdəlik götürüb. Əhən Ruhanini tənqid edənlər yaranmış böhrana görə onun administrasiyasını günahlandırırlar. Ancaq müstəqil iqtisadçılar deyirlər ki, son 38 ildə İranda iqtisadi artım səviyyəsi güclə 3%-ə çatıb. Bu isə əhalinin sürətlə artdığı ölkədə yetərincə iş yerlərinin yaradılmasına adekvat göstərici deyil. Mollakratiya rejiminin daxili işlər naziri müsahibəsində heç bir rəqəm göstərmədən universitet məzunu olan işçi qüvvəsi arasında işsizliyin orta səviyyədən xeyli yüksək olduğunu etiraf edib. Nazir deyib ki, ölkənin sosial problemlərinin müzakirəsi üçün ali dini lider Ali Khamenei ilə yüksəksəviyyəli görüş keçirilib. «İşsizlik və sosial problemləri həll etmək yönündə görülmüş tədbirlər haqda məruzə edilib. Ancaq hələ bu istiqamətdə çox uzun yol gedilməlidir», – deyə Abdol-Rza Rahmani Fazli vurğulayıb.

 

22 faiz rəqəmi səslənmişdi
 

Öncə kooperativlər, əmək və sosial rifah nazirinin müavini Həsən Taei qeyd etmişdi ki, universitet dərəcəsi olan əməkqabiliyyətli insanlar arasında işsizlik səviyyəsi 21.5-22 faiz arasındadır. Nazir Rahmani Fazli əlavə edib ki: “Ölkənin inqilab rəhbəri Əli Xamenei sosial problemlərlə bağlı məsələləri prioritetlər sırasına daxil edib”.

Mollakratiya rejiminin rəsmiləri sosial problemlər arasında, əsasən, narkotik aludəçiliyi, yoxsulluq, yoxsul və gecəqondu məhəllələri, insanların məktəbi yarımçıq buraxması, cinayətkarlıq və boşanma səviyyəsinin yüksək olmasını qeyd edirlər. Bütün bunlarla yanaşı onu da qeyd etmək gərəkdir ki, mollakratiya rejiminin apardığı üzücü sosial siyasətin sonucu olaraq, ən böyük işsizlik problemi özəlliklə Güney Azərbaycanda mövcuddur. Demək olar ki, Güney Azərbaycanda əhalinin sayına görə iş yerlərinin olduqca məhdud olması, ekoloji problemlər, susuzluq, iqtisadi layihələrin həyata keçirilməsinə qarşı rəsmi şəkildə əngəllərin illərdir davam etməsi buna örnəkdir. Ölkədaxili yatırım siyasətində hər zaman Güney Azərbaycan bölgələri sonuncu yerdə yer almışlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:39