Mollakratiya rejimi erməni terror təşkilatlarına qucaq açdı

 

Tehranda rejim tərəfindən dəstəklənən ermənilərin antitürk terror təşkilatları adına “ASALA” və “DAŞNAKSÜTYUN” bir araya gəldilər

 

Aprel ayının 24-də qondarma “erməni soyqırımının” anım törəni adına İran mollakratiya rejiminin təşəbüsü və dəstəyi ilə ermənilərin “ASALA” və “Daşnaksütyun” terror qruplaşmaları “soyqırım” bəhanəsi ilə Tehranda Türkiyə səfirliyinin binası qarşısına mitinq keçiriblər.

Bu aksiyadan öncə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəalları fars rejiminin ermənilərə verdikləri dəstəyi və işğalçı ermənilərin Tehranda keçirmək istədikləri etiraz törəni ilə bağlı mollakratiya rejiminin hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdilər.

Milli fəalar bəyanat yayaraq mollakratiya rejimini uyarmaqla yanaşı, bildiriblər ki :”İran dövləti ötən illərdə olduğu kimi, 40 milyonluq Güney Azərbaycan Türklərinin gözü qarşısında ermənilərin yalan iddialarının təkrar edilməsinə şərait və dəstək vermişdir. Azərbaycan və Türk Dünyası ona qarşı saxta tarix yartmağı qəbul etməz. İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağdakı cinayətləri, Daşnaksütyun Partiyası və Güney Azərbaycanın Urmu, Xoy, Sulduz, Zunuz, Mərənd, Qoşaçay, Makı, Qarabulaq, Culfa və Salmas şəhərlərində “cilov hərəkatı” adı altında törətdikləri soyqırımlar bir acı xatirə kimi hələ də yaddaşlardan silinməyib. Belə bir vəziyyətdə onların islam hökuməti bayrağı altında Türklərə qarşı ermənilərin və onların tərəfdarlarının uydurma “soyqırım” adına anın aksiya keçirməsi tamamilə qəbuledilməzdir. Daşnaksütyun Partiyası tərəfdarlarının Türkiyə səfirliyi qarşısında Türklərə qarşı eyləm düzənləməsi İran İslam Cümhuriyyəti üçün bir qara ləkədir. Azərbaycan Türk millətinin kəskin etirazına səbəb olacaq və buna cəvabsiz qalmıyacaq.”

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

06:27