Mollakrat rejimi Güney Azərbaycanda kürd təbliğatı strategiyası

 

Güney Azərbaycanın Batı bölgəsinin mərkəzi Urmuda yerli televiziya kanalında İran mollakratiya rejiminin avtokratları saxtakarlıq edərək “kürd dilində əyləncə şouları proqramlarını geniş şəkildə meydan verməyə başlayıb. 1978-ci il 23 Bəhmən İnqilabı sayəsində devrilmiş qatı fars şovinisti pəhləvi xanədanlığının çökməsindən sonra, hakimiyyətə gələn fars mərkəzli mollakratiya rejimi Güney Azərbaycan Türklərinin əldə etdikləri gəlirlər sayəsində dövlətə ödədikləri vergilərin sonucu olaraq, həmin vəsaiti indi də qatı antitürk hədəflərə yönəltməyə başlanılıb. Güney Azərbaycan ərazisində yaşayan insanların 98 faizi tamamilə Türklərdən ibarət olduğu halda, düz 37 ildir ana dilində yerli televiziya və radio kanallarında proqramların yayınlanması yasaq olduğu halda, bu gün mollakratlar Urmuda yerli televiziyada kürdlər üçün çeşidli proqramlar yayınlamağa dəstək verməyə başlayıb. Bütün bunlar azmış kimi, Umurda kürd dilində yayınlanan TV proqramlarda hətta “Güney Azərbaycan topraqların gerçək sahibinin kürdlərın olması” kimi üstüörtülü olsa da, mesajlar verilməkdədir. Hətta bu təbliğatların miqyası artmağa başlayıb.

İran adlanan bu ölkədə mollakratiya rejimi sözdə islam qanunlarından TV kanallarda bol-bol təbliğatlar aparmaqla yanaşı, açıq məkanlarda çalıb oynamaq, mahnı oxumaq, rəqs oynamağı haram saymaqla yanaşı, həm də bütün bunlar yasaq etsə də, ancaq bütün bunlar kürdlər və ermənilər üçün illərdir rejimin maşası olaraq olar üçün eninə-geninə imkanlar yaradılmaqda davam etdirilir.

Ötən gün İran mollakratiya rejimi Güney Azərbaycanın Urmu şəhərindəki “Şəbəkə5” adlı  TV kanalda saatlarca davam edən və kürdlər üçün əyləncə, rəqs, musabiqə mövzusulu  yayımlar göstərilib. Halbuki, həmin yerli TV-lər millətin vergisilə çalışdırıldığına görə, daha çox bunda haqqı olanlara imkanlar yaradılmalıdır.
Türkiyə ilə sınır boyunda yerləşən Güney Azərbaycanın Urmu vilayətinin kürd dilində yayınlanan TV proqramlarda bu torpaqların əzəli və əbədi sakinlərinin kürdlə olması kimi qondarma təbliğatlara isə mollakratiya rejimi sadəcə gözlərini yummaqla yetinmir, hətta qulaqlarını da pambıqla tıxayıb. Onu da bildirək ki, Güney Azərbaycana qarşı saxta ərazi iddiası İngiltərənin başkəndi Londonda kürdcə yayınlanan “Urmu TV” kanalı də bu missiyanı ortaya qoyub. Beləliklə də Güney Azərbaycan Milli Hərəkatı gözlənilən problemlərin qarşısını almaq üçün, Urmu vilayətində fəaliyyətlərini gücləndirmək üçün açıq şəkildə hərəkətə keçib.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 
 

 

08:59