“Məhəbbət əfsanəsi” baleti Başkortstan Opera və Balet Teatrında ifa olunacaq

 

Oktyabrın 21-də Başkortstan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

Bu səhnə əsərinin quruluşçu dirijoru Başkortstanın əməkdar incəsənət xadimi German Kimdir. “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.
Qeyd edək ki, dünyanın 60-dan çox ölkəsinin səhnəsində tamaşaya qoyulan bu məşhur balet əsəri son 20 ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmaqdan imtina edilibdir. Bunun əsas günakarı isə, teatrın direktoru Akif Məlikovun dünya şöhrətli bəstəkar Arif Məlikova qarşı əssasız münasibətidir. Onun digər Azərbaycan bəstəkarlarına və görkəmli sənətçilərinə qarşı olan qərəzli münasibəti bu gün də davam edir.

Xudaferin.eu
Başkortstan, “Ufa Bürosu”

 

09:55