Merkel məhkəməyə verildi

“Almaniya üçün alternativ” (AdQ) partiyası ölkənin kansleri Angela Merkeli miqrasiya siyasətinə görə məhkəməyə verib.

Xudaferin.eu-nun “Die Zeit” nəşrinə istinadla verdiyi xəbərə görə, alman parlamenti (Bundestaq) miqrasiya siyasətinin müəyyənləşdirilməsində iştirak etmək hüququna malikdir.

Partiyada hesab edirlər ki, kanslerin 2015-ci ildə imzaladığı Avstriya-Almaniya arasında sərhədin açılmağı ilə bağlı qərarına yenidən baxış keçirilməlidir.

“Bu şikayət dünyanı dəyişə bilər. Və istənilən nəticəyə gətirib çıxarsa, dünya dəyişəcək”, – deyə partiyanın vəkili Stefan Brandner bildirib.

O, həmçinin vurğulayıb ki, əgər siyasətçilər məqsədlərinə çatsalar, Merkeli istefaya da göndərmək olar.

Xudaferin.eu

15:08