Merkel ilk dəfə Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəklədi

Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləyib. 

Xudaferin.eu xəbər verir ki, o, bu fikirlərini RTL telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, hazırda Dəməşqin nəzarətində olmayan İdlib bölgəsində radikal qüvvələrlə mübarizə aparmaq və oranın dinc əhalisini qorumaq lazımdır.

“Buna görə biz humanitar fəlakətdən qaçmalıyıq”, - Merkel deyib. 

O bildirib ki, Rusiya və Türkiyə prezidentləri ilə bunu müzakirə edib.

Xudaferin.eu

16:26