Londonda Azərbaycan-Britaniya şeir gecəsi keçiriləcək

 

Mayın 23-də Londonda fəaliyyət göstərən tanınmış azərbaycanlı şairə Nigar Həsənzadə tərəfindən, bu şəhərdə Azərbaycan-Britaniya şeir gecəsi keçiriləcək.

Gecədə Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Məhəmmədhüseyn Şəhriyar kimi Azərbaycanın dahi şairlərinin ingilis dilinə tərcümə edilmiş şeirləri ilə yanaşı, Britaniyanın məşhur şair və yazarları- Elaine Feinstein, Ruth Padel, Fiona Sampson, David Harsentin repertuarlarından əsərlər səsləndiriləcək.

Xudaferin.eu
“Avropa Bürosu”

09:51