Lenin adlı sosialist Ekvadorun prezidenti oldu

 

Ekvadorda sosialist Lenin Moreno prezident kimi and içərək vəzifəsinə başlayıb. Sabiq vitse-prezident Mereno seçkilərin ikinci turunda qələbə əldə edib.

64 yaşlı prezident andicmə mərasimindən sonra hər kəsin prezidenti olduğunu və hər kəsə ehtiramla yanaşdığını deyib. O, gələn 4 il ərzində azgəlirli ailələri sosial proqramlar, pulsuz səhiyyə xidməti, ev və təhsillə təmin etməklə yoxsulluqla mübarizə aparacağına vəd verib. Moreno bildirib ki, yoxsulluq həddi altında yaşayanlar subsidiya alacaqlar.
Qeyd edək ki, Ekvador bir dövlət olraq, digər Güney Amerika ölkələri kimi həddindən artıq yoxsulluq içində itib-batan bölgə hesab olunur. Bunun əsas səbəblərindən biri də bu ölkədə uzun müddət vətəndaş savaşları yaşanılıbdır. Bir sıra oliqarxlar diktatura rejimi yaratmaqla ölkənin təbii sərvətlərini çapıb-talama siyasətlərini yürüdüblər. Ona görə də, ölkə həddindən artıq ksaıb bplgə kimi tanınır. Ekvadorda sosial ədalət adı ilə gerçəkdən problemlərin həlli istiqamətində fəaliyyət göstərmək istəyən solçu qüvvələr vardır.

 

Xudaferin.eu
“Amerika Bürosu”

 

09:28