Kürd separatçılardan hiyləgər addım

 

Bərzani deyəsən referendumu  ləğv etmək zorunda qalıb
 

Quzey İraqda saxtakarcasına keçirilən referendum sonucu olaraq, özlərini “Quzey İraq Kürd Muxtariyyəti” elan etmiş hökumətin lideri Məsud Bərzani ali şuranın iclasını keçirib. İclas zamanı şuranın adının “İraq Kürdüstanı Siyasi Liderliyi” olması haqqında qərar qəbul edilib. Bu ifadə – “İraq Kürdüstan Siyasi Liderliyi” “Kürdüstan”ın İraqa bağlı olmasına razılıq verməsi kimi qiymətləndirilib.

Lakin Məsud Bərzaninin baş müşaviri Hemin Hevrami şuranın adına “İraq” sözünün artırılmasını belə izah edib: “Bizim “İraq” sözünü əlavə etməyimiz “Kürdüstan”ın İraqın tərkibinə keçməsi, müstəqillikdən imtina etməyimiz kimi başa düşülməməlidir. Bununla biz Kürdüstanı dövlətləşdirmək istəyirik. Bu, şuranın digər ərazilərdəki kürd torpaqları ilə əlaqəsi olmadığını vurğulaması deməkdir. Yəni bu şura məhz İraq Kürdüstanına aiddir”.

Onu da qeyd edək ki, bu içlin sentyabr ayının 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad, eləcə də başda ABŞ və Türkiyə olmaqla, bir çox dövlətlər referendumu tanımadığını və Kərkükü Kürd Muxtariyyətinə vermək niyyətində olmadığını açıqlayıblar.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:38