Kərkük Türkmanlarına dəstəkyə görə mollakrat rejimi tərəfindən tutuqlandırlar

Güney Azərbaycanın başkəndi Tərbizin “Traxtur” Futbol Takımı Xorasan vilayətinin mərkəzi Qum şəhərinə məxsus “Səba” takımı ilə qarşılaşıb. Qum şəhərinə gələn Tərbiz takımını yerli Türklər qarşılayıb və “Traxtur” öz şəhərinə xoş gəlmisən” yazılı pankart açıblar. Oyun başlaya-başlamaz yenə də “Taxtur” takımının yerli yandaşları böyük pankartlar açaraq sevimli takımlarına dəstək veriblər. Bundan başqa Tərbizdə keçirilən oyunda olduğu kimi, Qumda da Tərbiz takımının yandaşları son zamanlar Kərkükdə yaşanan “kürt bayrağı” olayları ilə bağlı Türkman soydaşlarımıza dəstək sloqanları və pankartlar atıblar: “Quzey İraq Türkman torpağıdır. Orada qondarma Kürdüstana yer yoxdur” sloqanları və pankartlara qarşı çıxan İran mollakratiya rejiminin xüsusi cəza dəstələrinin hücumunlarına məruz qalıblar. Bununla yanaşı, rejmin polisləri “Traxtur” takımının yandaşlarına hücum edərək onlara xəsarətlər yetiriblər. Nəticədə bir neçə soydaşımız yaralanıb. Redaksisyamıza daxil olan bilgilərə görə, çox yaralılar var və onların bir qismi xəstəxanalara aparılıblar.

Xudaferin.eu
Güney Azərbaycan, “Xorasan Bürosu”

 

06:22