Kölndə qəddar Tehran rejiminə etiraz mitinqi

Almanyanın Köln şəhərində Avropada mühacirətdə yaşayan Güney Azərbaycan və Qaşqay Türklərinin təşkilatları bir araya gələrək 61 gündür İran mollakratiya rejiminin həbsxanasında ölüm aclığı keçirən Güney Azərbaycan Milli Hərəkatrının fəalarından biri olan Mürtaza Muradpur və digər Güneyli siyasi məhbuslara dəstək üçün mitinq keçiriblər.

Mitinqdə bildirilib ki, İran mollakratiya rejimi dünyanın ən qəddar diktatura rejimlərindən biridir. Bu rejim həm ölkə daxilində, həm də beynəlxaql müstəvidə radikal islamçı terror təşkilatlarının aparıcı himayədarı kimi tanınmışdır. Qatı din pərdəsinə bürünmüş rejim bir yandan bütün xalqların farslaşdırılması, digər yandan isə, “şiə” təlimi adı altında qonşu dövlətlərdə siyasi, mənəvi və ictimai terror hərəkatlarını dəstəkləyir. Azərbaycan Respublikasında “əhli beyit”, Türkiyədə “ələvilik”, Suriya, Livan, İraq, Fələstin, Misir, Bəhreyn, Əfqanıstan, Pakistan, Oman, Sudan, Küveyt, Nigeriya və digər dövlətlərdə “cəfərilik” adları altında həmin terror siyasətləri yürüdülməkdədir.
Güney Azərbaycan Türklərinin ana dilində təhsil almaq, özgür mədəniyyət mərkəzlərini yaratmaq, qəzet və dərgilər çap etmək, digər sahələrdə milli təşkilatlanma təşəbüsünü irəli sürənlər dərhal din pərdəsinə bürünmüş cəhalətçi rejim tərəfindən həbsxanalara atılır, onlara işgəncələr verilir, hətta kütləvi yerlərdə edam olunurlar.
Mitinq iştirakçıları Güney Azərbaycan Milli Hərəkatının həbsxanalara atılmış bütün fəallarının dərhal azad edilməsi tələblərini irəli sürüblər. Güney Azərbaycanda insan haqlarının kobudcasına pozulması barəsində BMT, Avropa Birliyi, Avriopa Şurası və digər beynəlxalq təşkilatlara müraqciət qəbul olunub. Mürtaza Muradpur və digər siyasi məhbusların dərhal həbsdən azad edilmələri bu müraciətlərdə yer alıb.

Xudaferin.eu
Almaniya, “Köln Bürosu”    

12:48