Kocaelidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə toplantı keçirib. Toplantıda TADEF və Kocaeli Azərbaycan Kültür Evinin rəhbəri Bilal Dündar, mətbuat nümayəndələri, Kocaelidə təhsil alan tələbələr iştirak edib.
Bilal Dündar Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açaraq bildirib ki, 31 dekabr günü müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildən bəri hər il bütün dünya azərbaycanlıları tərəfindən qeyd edilir. Dərnək rəhbəri tarixin bir çox çətin məqamlarında azərbaycanlıların və türklərin həmrəy olmasından, düşmənlərə qarşı birlikdə mübarizə aparmasından bəhs edib. "Dünyaya səpələnmiş 60 milyona yaxın Azərbaycan türkü arasında birliyi gücləndirmək üçün böyük iş aparılır. Biz də federasiya olaraq bütün dərnəklərimizlə birlikdə xalqı maarifləndirmək məqsədilə 31 dekabr gününü birlik və həmrəylik günü olaraq qeyd edirik” - deyə o bildirib.
Bilal Dündar sonda bütün dünya azərbaycanlılarını təbrik edib, onlara sağlamlıq, müvəffəqiyyətlər diləyib.

Xudaferin.eu
13:22
Digər xəbərlər