Kanada qondarma erməni “soyqırım”ı iddalarına qarşı eyləm keçirildi

 

Kanadanın başkəndi Ottavada Kanada Türkləri Barış və Dayanışma Platformu” təşkilatının təşəbbüsü ilə “24 Aprel Barış və Dayanışma Yürüşü” keçirilib. Yürüşə Quzey və Güney Azərbaycandan da çox sayda soydaşımız da qatılıblar.
 

Eyləm Kanada Federal Parlamentinin həyətində başlayıb. Buradakı eyləmə toplaşanlar ermənilərin qondarma “24 aprel erməni soyqırmının tanınması” aksiyalarına qarşı, marşlar və nəğmələr deyən Türklər, daha sonra Türkiyənin Ottava səfirliyinin binasına   doğru yürüş ediblər. Yürüşə Kanadanın Ottava, Toronto, Montreal, Hamilton, Oakville, Mississauga və Burlington şəhərlərində yaşayan Anadolu, Quzey və Güney Azərbaycan Türklərinin dərnəklərinin fəalları qatılıblar. On minlərlə Anadolu və Azərbaycan Türkləri  marşrut boyunca 70 metr uzunluğundakı çox nəhəng Türkiyə və Kanada bayraqları ilə erməni yalanlarını ifşa edən plakatlar qaldırıblar.

Aksiyada Güney Azərbaycan İstiqlal Partiyası təmsilcisi Oğuz Türk söz alıb və erməni soyqırımının bir cəfəngiyyat olduğunu və bunun əksinə olaraq, türklərin və özəlliklə də Azərbaycan Türklərinin ermənilər tərəfindən soyqırıma məruz qaldığını açıqlayıb. 1914-1918-ci illər aralığında Qarabağ,Gəncə, Şamaxı, Quba, Bakı, Salyan, Sulduz, Umru, Xoy, Mərənd, Culfa şəhərlərində ermənilərin Rusiya, Fransa və İngiltərənin para, silah və siyasi dəstəyi ilə Azərbaycan Türklərinə qarşı törətdikləri soyqırım cinayətləri ilə ilgili tarixi faktları sadalayıb. Aksiyanın sonunda isə Türkiyə və Azərbaycanın milli istiqlal himnləri oxunub.

Umay Urmulu,
Xudaferin.eu
Kanada, “Ottava Bürosu”

 

21:57