İsveçdə Azərnbaycan diasporundan möhtəşəm addım

Səttar Sevigin Sayınqala Afi “Azərbaycan-İsveç Azərbaycan Federasiyonu” sədrliyindən uzaqlaşdırıldı.

2018 ci il dekabr ayının 8-də İsveçin Göteborg şəhərində “Azərbaycan Evi”nin mənzil qərargahında “İsveç Azərbaycan Federasyonu”nun (qısa adı AFİ) növbəti qurultayı keçirildi. Qurultay Azərbaycanın Dövlət himni və Güney Azərbaycanlılarının artıq milli marşına çevrilən, sözləri Bəxtiyar Vahabzadənin və musiqisi Emin Sabitoğlunun ”Azərbaycan sənsən mənim” nəğməsinin sədaları altında öz işinə başladı. Qurultayda 21 diaspor təşkilatından 17-nin nümayəndələri iştirak etdi. 2 təşkilat, “Babək Linköping” və “Qarabağ” yazılı etibranamə verərək səlahiyyətlərini qurultay nümayəndələrinə səs vermək üçün verdilər (İsveç dilində Fullmäktige). AFİ sədri Səttar Sevigin Sayıngala (artıq səlahiyyətləri əlindən alınan keçmiş sədr) özü qurultayın çağırılmasını İdarə heyəti ilə razılaşdırsa da və bilərəkdən heç bir səbəb olmadan baykot etdi və orada iştirak etmədi.

Lakın sədrin (artıq keçmiş) mənsub olduğu ”Ərk” təşkilatının üzvləri Əkbər Səfərli və Sevda Səfərli bu qərara etiraz edərək Qurultayın işində iştirak etdilər . AFİ İdarə heyətinin 7 üzvündən 4-ü və bir əvəzedici üzv Qurultayda iştirak etdilər. AFİ sədri ilə yanaşı AFİ NTK (nəzarət təftiş komissiyası) nümayəndəsi Səməd Niknam da Qurultayı sabotaj edərək gəlməkdən imtina etmək haqqında qərarını sosyal media olan facebookdaki statusunda qurultaydan bir az əvvəl vermişdi və orada öz imzası ilə yanaşı, ölkə xaricində olan Əkbər Tağızadənin də adını yazmışdı. Qurultayın təşkilat komitəsi dəfələrlə Əkbər Tağızadə ilə əlaqə saxlamaq istəsə də, telefon bağlantılarının mümkün olmadığından onun adını yazıb saxtakarlığa yol verilməsi barədə məsələyə aydınlıq gətirilmədi və beləliklə qurultayın işində 3 NTK üzvündən yalnız 1-i iştirak etdi ki, bu da Qurultayın keçirilməməsinə əngəl ola bilmədi.

“Azərbaycan Evi”nin sədri və AFİ seçim komissiyasının üzvü Eldar Qaradağlı Qurultay iştirakçılarını salamladı və Qurultayı baykot edən AFİ sədri (artıq səlahiyyətləri əlindən alınan keçmiş) Səttar Sevigin Sayınqalanı məsuliyyətsizlikdə günahlandırıb qurultayın işini pozmaqda və onunla əlbir olan NTK sədri Səməd Niknam haqqında sərt qərar verməsini Qurultay iştirakçılarından tələb etdi. Qurultayı idarə etməkçün 4 qadından ibarət sədarət və katiblik seçildi. Səadət Kərimi, Azər Fərruxi , Raziyə Kazımova, Sevda Səfərli AFİ Qurultayını İdarə edən sədarətə seçildilər. Qurultay aşağıdakı qərarları səs çoxluğu ilə qəbul etdi.

1. Səttar Sevigin Sayınqala Afi sədrliyindən uzaqlaşdırıldı və səlahiyyətləri və növbəti qurultaya qədər AFİ sədrinin müavini Səadət Kərimiyə verildi. İmza səlahiyyətləri Azər Fərruxi xanıma verildi.

2. Səməd Niknam vəzifəsini icra etməyərək qurultayı sabotaj etdiyinə görə AFİ NTK üzvülüyündən uzaqlaşdırıldi.

3. Qurultay professional maliyyə müfəttişi (auktoriserad revisor) İradə Əliyeva Söderberg xanıma səlahiyyət verərək NTK üzvlərinin qurultaya təqdim etməkdən boyun qaçırdıqları bütün maliyyə sənədlərinin raportunu növbəti qurultaya qədər hazır etməsini tapşırdı.

4. AFİ üzvlüyünə əvvəl müraciət olunmuş 7 yeni cəmiyyət qəbul olundu.

5. AFİ-nin yeni nizamnaməsi və əsasnaməsi qəbul olundu və yeni təkliflər nəzərə alaraq redaktə üçün hazırlanmağa verildi.

6. Növbədənkənar Qurultayın keçirilməsi 2018-ci il fevral ayının 23-nə təyin olundu.
 

“XUDAFERİN.EU”
İsveç, Stohkolm Bürosu

15:54