İraq: Bərzani Kürdüstandan imtina edir?

 

İraqda etnik separatism adı altında elan edilən “Kürd Muxtariyyəti”nin rəhbəri Məsud Bərzani müstəqillik referendumunun nəticələrini Bağdadın tətbiq etdiyi sanksiyaların ləğv edilməsi qarşılığında dondurmağa hazırdır.

 

Bunu ötən gün jurnalistlərə açıqlamasında İraqın vitse-prezidenti Üsamə ən-Nüceyfi söyləyib. Onun sözlərinə görə, Bərzani Bağdadla dialoqa hazır olduğunu deyib.

Qeyd edək ki, Bərzani dünən İraq vitse-prezidentləri Nüceyfi və Ayyad Alaui ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu kürd referendumu olub. Görüşdən az sonra İraq Nazirlər Kabineti bu görüşün rəsmi Bağdadın mövqeyini ifadə etmədiyini bəyan edib. İraq “Kürd Muxtariyyəti” də öz növbəsində müstəqillik referendumunun nəticələrini heç vaxt ləğv etməyəcəyini bildirib.
Onu da qeyd etmək gərəkdir ki, elan edilmiş və saxtakarcasına “Kürdüstan Muxtariyyəti” modeli baş tutmayacaqdır. Bunun əsas səbəblərindən biri də kürdlərin onlara qonşu olan toplumlarla düşmənçilik siyasəti elə bunu isbat edir. Qonşu toplumlar olaraq, türklər, ərəblər və digər toplumlar kürdlərə qarşı dərin kin və nifrət bəsləyirlər. Bu da öz növbəsində onların dünya ilə inteqrasiyası üçün ən böyük problemlərdən biridir.

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

 

09:26