İlir Meta: Münaqişə ocaqlarında terrorçu qrupların fəaliyyəti narahatlıq doğurur

Qərbi Avropada və Balkan regionunda baş verən hadisələr təəssüf doğurur.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Albaniyanın sabiq Prezidenti İlir Meta XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda panel iclasında bildirib.

İ.Meta regionda sabitliyin pozulmasının yaxşı hal olmadığını və istər-istəməz qonşularda da təşviş yaratdığını diqqətə çatdırıb.

Aİ-yə üzvlük məsələsi ilə bağlı fikirlərini bölüşən Forum iştirakçısı ortaq prinsiplərə riayət edilməsinin vacibliyini vurğulayıb.

“Münaqişə ocaqlarında terrorçu qrupların fəaliyyəti narahatlıq doğurur. Bunun qarşısı alınmalıdır”, - deyə Albaniyanın sabiq Prezidenti qeyd edib.

Xudaferin.eu

15:42