Həsən Ruhaninin başçılığı altında mollakratiya rejimi rəsmən işə başladı

 

 

Mollakratiya rejiminin yeni hökuməti ilk rəsmi görüş üçün Ermənistani seçdi

İran mollakratiya rejiminin başkəndi Tehranda iki işğalçı dövlət başçısı Həsən Ruhani və Serj Sərkisyan arasında görüş keçirilib. Mollakratiya rejiminin 12-ci hökumət “Həsən Ruhani kabineti” rəsmi şəkildə işə başlayıb. Ruhani yeni hakmiyəti ilk addımında və ilk günündə işğalçı Ermənistan üçün siyasi və gizli oturum tərtib edərək Sərkisyanı Tehranda ağırlayıb.

H. Ruhani görüşdə bildirib ki, İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və İrəvan müştərək bağlara söykənərək hər iki ölkənin xalqı və region ölkələrinin xalqları üçün müsbət və önəmli addımlar ata bilər.

Mollakratiya rejiminin prezidenti onu da bildirib ki, iki ölkə arasında iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur: “Bu sahələrdə əməkdaşlığın inkişafı hər iki ölkənin xalqının xeyrinədir”.

Üzdə terrorizm təhlükəsindən danışan H.Ruhani bu rejimin bölgədə özəliklədə İraqda və Suriyada törədikləri cinayətlərinə və terrorlara toxunmaq əvəzinə, bölgədəki özü tərəfindən idafrə olunan terror siyasətinin yayılma ehtimalının olduğunu qeyd edib: “Ona görə də hamı, o cümlədən Qafqaz və Orta Asiya ölkələri bu təhlükə qarşısında ehtiyatlı olmalıdır. Bu, regionun sabitliyinə təhlükə yarada bilər. Terrorizmlə mübarizədə ölkələr arasında yaxınlaşma və əməkdaşlıq zəruridir”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan mollakrat rejimin prezidenti münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiklərini vurğulayıb: “Ümid edirik, iki qonşu ölkə Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinin şahidi olacağıq. Düşünürük ki, hər iki tərəf məsələnin həlli üçün ciddi iradə sahibidir və aparılan müzakirələrin müsbət nəticələnəcəyi üçün də əlverişli çıxış yolu tapacaqlar”.

Ermənistan-İran əlaqələrinin son illər ərzində daha çox inkişaf etdiyini söyləyən Serj  Sərkisyan iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, bundan sonra İranla iqtisadi, enerji, ticarət, nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib. S. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.

Qeyd edək ki, son aylarda İrəvan və Tehran arasında hərbi əməkdaşlığın daha da artması prosesləri müşahidə olunur. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu il yanvar ayında Tehranda həmkarı Hüseyn Dehqan ilə görüşündə hərbi əməkdaşlıq sahəsində bir sıra strateji işbirliyi üçün anlaşmalar imzalayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu” 

10:15