Güney Azərbaycanda Çöl Günü qeyd olunub

 

Oğuz Bayramı (Novruz) mərasimlərinin sonuncu günü kimi, yəni bayramın 13-cü günü yazın gəlişi üçün ən yararlı tətqvimlərdən biri hesab olunur. Həmin gün demək olar ki, Güney Azərbaycanda “Çöl Günü” və ya “Təbiət Günü” adlandırılıb. Beləliklə də hər il həmin günlərdə hamı tətile dir. Son illər Oğuz Bayramının 13 çü günü, yəni aprelin 2-də Güney Azərbaycanda Təbiət Günü daha milli ruh və havada qeyd olunur.

Gök Tanrı inancı dönəmindən miras qalmış bu ənənərə Güney Azərbaycan Türkləri Oğuz Bayramının (Novruz) 13-cü günü mərasiminin keçirilməsini tanrı və toprağın nemətlərinə şükretmə dəyəri hesab edirlər. Təbiətin dirilməsi və oyanışına şükranlıqlar edərək alqışlar söyləyirlər. Güney Azərbaycan Türkləri bu gün evlərindən kənarda-yaşıllıqlarda bə çöldə keçirirlər. Çöl Günü tonqallar yandırılır ,milli rəqslər oynanılır və şənliklər keçirilir. Subay gənclər birlikdə səməni düyünlər və onu çaya atarlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

06:05