Güney Azərbaycanda 14 nəfər milli fəal tutuqlandı

Ərdəbil şəhərindəki milli fəallarla bağlı mollakrat rejimi qanunsuz hökm çıxarıb

Güney Azərbaycanın Ərdəbil şəhərində 14 nəfər milli fəal İran mollakratiya rejiminin çağrışı əsasında məhkəməyə gəliblər. Məhkəmə prosesində rejim savcısının sorularına və ittihamlarını cavablandırıblar. 
Güney Azərbaycan Milli Hərəkatının fəallarından Əli Xeyrucu, Məhəmməd Colani, Meysəm Colani, Musa Sudi, Əli Vasiqi ,Həmid Ədib, Məhəməd Xakpur, Bəhram Novin, Tohid Əmir Əmini, Səid Sadiqifər, Müstafan Pərvin, Murtaza Pərvin, Əkbər Əsgərzadə, Səid Sadeqifər və Mehdi Hüşməndə qarşı saxtakarcasına məhkəmə qurulub. Onların  məhkəməyə çağrışlarının bu dəfəki səbəbi Təbriz-Məşhəd qatarının qazaya uğraması ucbatından ölən azərbaycanlılara yas tutmaq və istiqlalçı olmaq (separatçılıq) ittihamına əsasən olub. Adını çəkdiyimiz milli fəalların hamısı 2005-ci il fevral etiraz hərəkatına görə öncələr Ərdəbildə həbs edilmişdilər. Ancaq, onlar qanunla maddi təzminat ödəmək qarşılığında müvəqqəti azadlığa buraxılmışlar. Bütün bunlara baxmayaraq, onlara qarşı dolayı da olsa, məhkəmə prosesləri davam etmişdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

10:27