Gömrükdə qadınları söyən gömrük zabiti işdən qovuldu

Gömrük postlarından birində ölkədə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.

Xatırladaq ki, həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində vətəndaşlarla necə davrandığına dair videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən həmin zabit qonşu ölkədən qayıdan vətəndaşlarla daim kobud davranır, onların bağlamalarını alıb yerə atır və özlərini də  söyürdü. Sosial şəbəkələrdə yayılan videokarlardan birində o, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: "Kor sənsən. Mənim beynimdə 24 milyon şey var, rüşeym, hüceyrə var, sən həmişə bu yolu  gedibsən…”
Bu videorolik sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Dövlət Gömrük Xidmətinin mətbuat xidməti geniş rezonansa səbəb olmuş bu kadrlarla bağlı bildirilib ki, həmin əməkdaş Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq Körpü” gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərovdur. Və o, artıq vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.

BAKU.WS

11:41